Serbiya 2027-ci ildən Azərbaycandan 1 milyard kubmetr qaz idxal edəcək

Serbiya 2027-ci ildən Azərbaycandan 1 milyard kubmetr qaz idxal edəcək

Hazırda oxunan: Serbiya 2027-ci ildən Azərbaycandan 1 milyard kubmetr qaz idxal edəcək

165349

Serbiya 2027-ci ildən başlayaraq Azərbaycandan hər il bir milyard kubmetr qaz idxal edə biləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Trend-ə Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Dubravka Cedovic-Handanoviç deyib.

"Serbiya ilə Azərbaycan arasında strateji əməkdaşlıq Prezident İlham Əliyev və Prezident Aleksandr Vuçiç arasında dostluq münasibətləri və qarşılıqlı hörmət sayəsində qurulub. Müvafiq nazirliklər arasında Anlaşma Memorandumu imzalamaqla biz Serbiya ilə Azərbaycan arasında energetika sahəsində ikitərəfli əməkdaşlığı genişləndirdik və bu ölkədən 2026-cı ilə qədər ildə 400 milyon kubmetrədək qaz nəqlini təmin etdik", - deyə o bildirib.

Dubravka Cedovic-Handanoviç qeyd edib ki, təhlükəsizliyi yaxşılaşdıracaq və yeni tədarük marşrutu açacaq “Balkan axını” qaz kəmərinin tikintisi başa çatdıqdan sonra Serbiya hazırda tədarükçüləri şaxələndirmək və Mərkəzi Avropaya qaz nəqli üçün tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirmək kimi strateji məqsədinə nail olur:
"Biz yaxın günlərdə Serbiya-Bolqarıstan qaz kəmərinin tamamlanmasını gözləyirik ki, bu da qaz təchizatının yeni mənbəyi üçün infrastruktur ilkin şərtlərini yaradacaq. 2027-ci ildən Serbiyanın Azərbaycandan hər il bir milyard kubmetr qaz idxal etmək imkanı var".


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO