Bir neçə bank sms-məlumatlandırma xidmətləri üzrə tariflərin artırılması barədə qərar qəbul edib. Bu tariflər təqribən 40 qəpikdən 1 manata qədər artırılıb.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov deyib.
O bildirib ki, banklar bu xidmətləri prosessinq mərkəzlərindən alırlar.
“Bu mərkəzlər isə həmin xidmətləri mobil operatorlardan alırlar. Sonradan banklara təqdim edirlər. Son üç ildə prosessinq şirkətlərinin paket şəklində aldığı sms-qiymətləndirmə tariflərində təqribən 70% artım olub. Sözügedən banklar bu müddət ərzində həmin xidmət haqlarını artırmayıblar. Yalnız indi belə qərar qəbul ediblər”, - deyə o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:57 / 17.11.2023
Banklar bu xidmətlər üzrə tarifləri artırdı
Hazırda oxunan: Banklar bu xidmətlər üzrə tarifləri artırdı
Hazırda oxunan: Banklar bu xidmətlər üzrə tarifləri artırdı
164798
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.