Azərbaycandan Rusiyaya bir sıra kənd təsərrüfatı məhsullarının idxalı proseduru sadələşdirilib

Azərbaycandan Rusiyaya bir sıra kənd təsərrüfatı məhsullarının idxalı proseduru sadələşdirilib

Hazırda oxunan: Azərbaycandan Rusiyaya bir sıra kənd təsərrüfatı məhsullarının idxalı proseduru sadələşdirilib

164686

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankverti qəbul edib. 

Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən məlumat verilib. 

Məlumata görə, görüşdə Azərbaycan-Rusiya əlaqələrinin hərtərəfli inkişafı, xüsusilə ticari-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi müzakirə olunub. 

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə "Rosselxoznadzor" arasında ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğu məmnunluqla vurğulanıb.  

Qeyd olunub ki, ötən dövr bir sıra ciddi problemlərin konstruktiv həlli ilə yadda qalıb və bu, qarşılıqlı ticarət dövriyyəsinin artmasına şərait yaradıb. Cari ilin 10 ayı ərzində qarşılıqlı ticarət dövriyyəsinin 20%-dən çox artması müsbət qiymətləndirilib. Vurğulanıb ki, 2023-cü ildə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları və onların emal məhsullarının ixracı 2022-ci illə müqayisədə dəyər ifadəsində 15 faizdən çox artıb. Qarşılıqlı tədarüklər zamanı nəzarət proseslərinin optimallaşdırılması üzrə birgə addımlar müsbət qiymətləndirilib. 

Tərəflər Azərbaycandan Rusiyaya bir sıra kənd təsərrüfatı məhsullarının idxalı üçün nəzarət prosedurunun sadələşdirilməsinə dair razılaşmanı müsbət qiymətləndiriblər. 

Qida Təhlükəsizliyi Agentliyi və "Rosselxoznadzor" arasında transsərhəd heyvan xəstəlikləri ilə mübarizə üzrə birgə tədbirlər haqqında Protokolun imzalanmasının əhəmiyyəti qeyd edilib. 

Görüşdə Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdakimov da iştirak edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO