Əhalinin dollara marağı niyə azalıb? – İLGİNC SƏBƏB

Əhalinin dollara marağı niyə azalıb? – İLGİNC SƏBƏB

Hazırda oxunan: Əhalinin dollara marağı niyə azalıb? – İLGİNC SƏBƏB

164308

Əhalinin dollara olan marağı azalıb. Artıq vətəndaşların daha çox hissəsi manatı əsas yığım vasitəsi kimi görür. Təsadüfi deyil ki, ilin əvvəlindən banklarda mill valyutada olan əmanətlərin həcmi 1 milyard manata yaxın artıb. Əgər ilin əvvəlində banklarda əhalinin 11 milyard 743 milyon manat əmanəti var idisə, oktyabrın 1-nə olan göstəricilərə görə bu rəqəm 12 milyard 705 milyon manat təşkil edib. 

“Vətəndaşların banklardakı xarici valyutalarda olan əmanətlərinin həcmi azalıb”. 

Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov parlamentin ötən gün keçirilən plenar iclasında deyib ki, vətəndaşların banklardakı xarici valyutalarda olan əmanətlərinin həcmi azalıb:
 

MÖVZU İLƏ BAĞLI:

Dolların alış və satış qiymətləri EYNİLƏŞDİ – Manat BAHALAŞACAQ, YOXSA...


“Fiziki şəxslərin xarici valyutada olan əmanətləri 4 faiz bəndi azalaraq 35.1 faizə enib. Hüquqi şəxslərdə isə azalma 10.8 faiz bəndi təşkil edib”. 

Bəs, əhalinin dollar marağı niyə azalıb?

Məsələyə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, həm Mərkəzi Bank, həm də banklar vətəndaşların dollarla depozit yerləşdirilməsində maraqlıdır:

“Çünki bu yolla banklar dollara olan tələbatlarını asanlıqla ödəyə bilirlər. Amma proses bu istəyin əleyhinə gedir. Bu da onunla bağlıdır ki, xarici valyuta ilə yerləşdirilən depozitlərə ödənilən illik faiz manatla yerləşdirilən əmanətlə müqayisədə 4-5 dəfə aşağıdır. Məsələn, banklar xarici valyuta ilə qoyulan vəsaitlərə illik 2-3 faiz dividend ödəməsinə rəğmən, manatla qoyulan əmanətlərə ən azı 9-10 faiz dividend ödəyirlər. 

Bu da Mərkəzi Bankın yeritdiyi pul-kredit siyasətinin tərkib hissəsidir. Yəni inzibati yolla manata maraq artırılır. Belə ki, vətəndaş milli valyuta ilə əmanət yerləşdirməklə dollarla müqayisədə ən azı 5 dəfə çox gəlir əldə edir.

Ona görə də vətəndaşlar milli valyuta ilə əmanət yerləşdirməyə daha çox üstünlük verirlər. Üstəlik, xarici valyuta ilə yerləşdirilən əmanətlərin geri çəkilməsi zamanı bəzən xoşagəlməz hallar ortaya çıxır. Ona görə də dollara maraq ötəri də olsa, azalıb”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO