OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu yenilədi

OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu yenilədi

Hazırda oxunan: OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu yenilədi

164201

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2023-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu pisləşdirib, 2024-cü il üçün isə dəyişməyib.

OPEC-in proqnozuna görə, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının təqribən 700 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. 

Bizim.Media xəbər verir ki, bu da illik müqayisədə 20 min barel azalma deməkdir və öncəki artım tempi üzrə proqnoz göstəricidən 10 min barel çoxdur.

Qeyd olunur ki, proqnozun azalmaya doğru korrektə edilməsi avqust ayında əsas neft yataqlarında hasilatın gözləniləndən aşağı olması ilə əlaqədardır.
Hesabata əsasən, 2024-cü il üçün Azərbaycanda maye karbohidrogenlərin gündəlik hasilatı stabil olaraq 0,7 mln. barel səviyyəsində qalacaq (proqnoz dəyişməyib).

Qeyd olunur ki, 2022-ci ildə sözügedən göstərici orta hesabla 700 min barel səviyyəsində olub, bu da illik müqayisədə 65 min barel azdır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO