Ehtiyac meyarı LƏĞV EDİLİR – Nə DƏYİŞƏCƏK?

Ehtiyac meyarı LƏĞV EDİLİR – Nə DƏYİŞƏCƏK?

Hazırda oxunan: Ehtiyac meyarı LƏĞV EDİLİR – Nə DƏYİŞƏCƏK?

164196

Xəbər verdiyimiz kimi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclis komitələrinin birgə iclasında ehtiyac meyarının ləğvi ilə bağlı fikirlərini bölüşüb.

“Arzumuz budur ki, yaxın gələcəkdə ehtiyac meyarı anlayışını ləğv edək. Amma bu, bir mexanizmdir. Hələ ki, qarşımızda böyük çağırışlar var, bunu alət olaraq saxlayırıq. Elə bir il ola bilər ki, o çağırışlar bizə mane olar, diversifikasiya etmək ehtiyacımız yarana bilər. Amma hökumətin niyyəti də yaxın müddət ərzində bu prosesi tam bir instituta çevirməkdən ibarətdir”.

Bəs, ehtiyac meyarından nə məqsədlə istifadə edilir?

Məsələyə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda bir-birinə oxşayan iki  göstərici var:

“Bunlardan biri ehtiyac meyarıdır, digəri minimum istehlak səbətidir. Ehtiyac meyarı 205 manatdır, minimum istehlak səbəti isə 210 manatdır. Ehtiyac meyarından yalnız ünvanlı sosial yardımın hesablanması zamanı istifadə edilir. Ona görə də Sahil Babayevin  gələcəkdə ehtiyac meyarı anlayışını ləğv etmək barədə fikirləri bir qədər anlaşılan deyil. Çünki ehtiyac meyarının ləğvi nəyi dəyişəcək?! Bu iki göstərici arasında cəmi 5 manat fərq var”. 

Əslində eyni anlayışlardır...

Akif Nəsirli qeyd edib ki, ehtiyac meyarı və yaxud minimum istehlak səbəti deyəndə əslində eyni anlayışlar başa düşülür:

“Əslində bunlar bir-birini təkrarlayan ifadələrdir. Əvvəllər bu iki göstərici arasında fərq böyük idi. Bir zamanlar ünvanlı sosial yardımı hesablamaq üçün ehtiyac meyarından istifadə olunurdu. Axı, necə olur ki, ünvanlı sosial yardım alan adamın yaşayış minimumu tutaq ki, 180 manatdır, amma digər insanların yaşayışı üçün ehtiyac meyarı 200 manatdır?! 

Ona görə də ehtiyac meyarının aradan qaldırılmasının vaxtı çoxdan çatıb, hələ bir qədər də keçib. Minimum istehlak səbəti hamıya aid olmalıdır. Yəni həm pensiya, həm də ünvanlı sosial yardım alan vətəndaşlarımıza eyni cür yanaşma olmalıdır. Bunun da ən gözəl ifadəsi məhz minimum istehlak səbətidir”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO