Azərbaycanda inflyasiya 10%-ə düşüb

Azərbaycanda inflyasiya 10%-ə düşüb

Hazırda oxunan: Azərbaycanda inflyasiya 10%-ə düşüb

164158

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda inflyasiya 10,2%-ə enib. Bu isə doqquz aylıq göstərici ilə müqayisədə 0,7% bəndi azdır.

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə inflyasiya 11,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 9,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 9,1 faiz təşkil edib. 
2023-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 103,9 faiz təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO