“Ölkədə ərzaq təhlükəsizliyi riski yoxdur” - NAZİRLİK 

“Ölkədə ərzaq təhlükəsizliyi riski yoxdur” - NAZİRLİK 

Hazırda oxunan: “Ölkədə ərzaq təhlükəsizliyi riski yoxdur” - NAZİRLİK 

1640

İşğaldan azad olunmuş ərazilərimizdəki əkinə yaralı torpaqlarımızın hesabına kənd təsərrüfatında ciddi artım gözlənilir, əkinə yararlı torpaqlarımız 115 min hektar genişlənəcək. Bu ərazilərdəki su qaynaqlarının bərpası isə daha məhsuldar və keyfiyyətli kənd təsərrüfatı mallarının istehsalına imkan yaradacaq. 

Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov Bizim.Media-ya açıqlamasında belə deyib. Nazirlik təmsilçisi bildirib ki, payızlıq məhsul yığımının müharibənin başlaması dövrünə təsadüf etsə də heç bir ləngimə yaranmayıb. 
Vüqar Hüseynov dedi ki, bütün işlər plana uyğun aparılır, fermerlər indi daha məsuliyyətli olmağın vacibliyini qəlbən hiss edirlər. Ölkəmizdə hər şey Böyük Qələbə üçün köklənib: 

“Hərbi əməliyyat başlayanda Ermənistanda ərzaq təhlükəsizliyi ilə bağlı risklər var idi. Bizdə qətiyyən belə bir risk yoxdur. Hesablamalar göstərir ki, məhsuldarlıq ötən ilə baxanda bu il daha da yüksəkdir.Ölkədə ət, süd və yumurta məshullarında qıtlıq olmayacaq.



Bu il keçən ilin müvafiq dövrü ilə müqayisədə diri ət istehsalında 3,1 faiz,  süd istehsalında 1,5 fazi artım olub. 

Bu  ilin yanvar-sentyabr aylarında quşçuluq müәssisәlәrindә diri çәkidә 51,8 min ton quş әti vә 601,7 milyon әdәd yumurta istehsal olunub. Ötən illə müqayisədə kifayət qədər artım var."

Ölkənin ərzaq təhlükəsizliyinin təminatından danışan qurum sözçüsü Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərman” ından da söz açdı:

“Hazırkı mərhələdə torpaq uçotunun aparılması işlərini həyata keçirəcəyik. İşğaldan azad olunan ərazilərdə məskunlaşmaya, kənd təsərrüfatı üçün yararlı torpaqları müəyyənləşdirəcəyik. Eyni zamanda kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması da bu işin tərkib hissəsidir”.
 
Gülşanə Mustafayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO