Oktyabrın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, Azərbaycanda icazəsiz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə, elektrik şəbəkəsinə və qaz şəbəkəsinə qanunsuz qoşulması ilə bağlı cəzalar sərtləşdirilir. Eyni zamanda, Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, tələblərin pozulmasına görə təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur.
Bu durum mənzillərin qiymətinə təsir edə bilərmi?
Bizim.Media-nın suallarını cavablandıran daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadənin sözlərinə görə, edilən dəyişikliyə əsasən, bundan sonra tikinti üçün icazə sənədi olmayan yaşayış və qeyri-yaşayış binalarına kommunal-təchizat işləri həyata keçirilməyəcək:
“Bir sözlə, bundan sonra tikiləcək həmin binalar və ya fərdi yaşayş evlərinin ilk növbədə torpağa dair sənədi olmalıdır ki, bu da ya icarə müqaviləsi, ya da mülkiyyətə dair çıxarış sənədidir. Bundan başqa, həmin vətəndaşın tikəcəyi evin və ya qeyri-yaşayış obyektinin lisenziyalaşdırılmış şirkət tərəfindən çəkilmiş eskiz layihəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş tikintinin aparılması üçün razılıq sənədi olmalı və yaşadığı rayonun icra hakimiyyətinə bu barədə məlumat verməlidir.
Bunlardan sonra vətəndaş öz torpağında tikinti işlərinə başlaya və tikdiyi evin kommunal təchizatını həyata keçirə bilər”.
Ekspert hesab edir ki, bu məsələnin mənzillərin qiymətinə heç bir təsiri olmayacaq:
“Bu, yalnız fərdi evlərin qiymətinə təsir edə bilər. Ona görə ki, hazırda Bakı şəhərində 500 mindən çox sənədsiz fərdi ev var. Çıxarışlı evlərin qiyməti isə digərlərindən təxminən 30-40 faiz fərqlənir və onlar daha baha qiymətə təklif olunur. Bu evlərin yalnız gələcəkdə bahalaşması mümkün ola bilər ki, bu da torpaqların qiymətlərin artımı ilə bağlıdır”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:00 / 10.11.2023
Sənədsiz evlər qazsız, işıqsız QALACAQ – Bəs, qiymətlər necə DƏYİŞƏCƏK?
Hazırda oxunan: Sənədsiz evlər qazsız, işıqsız QALACAQ – Bəs, qiymətlər necə DƏYİŞƏCƏK?
Hazırda oxunan: Sənədsiz evlər qazsız, işıqsız QALACAQ – Bəs, qiymətlər necə DƏYİŞƏCƏK?
163650
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.