“Gəlir deklorasiyası qəbul olunsa, aristokratik təbəqə yarana bilər” – DEPUTATLARIN ŞƏRHİ

“Gəlir deklorasiyası qəbul olunsa, aristokratik təbəqə yarana bilər” – DEPUTATLARIN ŞƏRHİ

Hazırda oxunan: “Gəlir deklorasiyası qəbul olunsa, aristokratik təbəqə yarana bilər” – DEPUTATLARIN ŞƏRHİ

163171

Azərbaycanda “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların verilməsi qaydaları haqqında” qanun 2005-ci ildə qəbul olunub. 

Amma… 

Buna baxmayaraq, qanunun icrasında problemlər var. Çünki Azərbaycan Nazirlər Kabineti qanun icrası ilə bağlı qaydaları bu günə qədər təsdiq etməyib. Halbuki, ölkəmizin artan maliyyə mənbələri fonunda qanunun işlək vəziyyətə gətirilməsi günümüzün aktual məsələrindən birinə çevrilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bank əmanətlərinə vergi güzəştləri tətbiq olunacaq? – AÇIQLAMA 


Qeyd edək ki, Azərbaycanda yalnız prezident, parlament və bələdiyyə seçkiləri dövründə namizədlər öz gəlirləri və sərvətləri barədə deklorasiya təqdim edirlər. Amma dünyanın həm inkişaf etmiş, həm inkişaf etməkdə olan əksər ölkələrində həm məmurlar, həm də digər rəsmi şəxslər mütəmadi olaraq dövlətə gəlirləri ilə bağlı hesabat verirlər.

Bəs, Azərbaycanda gəlir deklorasiyası ilə bağlı icra mexanizmi niyə hazırlanmır?

Mövzu ilə bağlı Bizim.Media-nın suallarını cavablandıran Milli Məclisin deputatı Hikmət Babaoğlunun sözlərinə görə, əslində mövcud qanunverilikdə gəlirlərin bəyan olunması ilə bağlı bütün müddəalar açıq şəkildə əks olunub:

“Hətta mən deputatlığa namizəd olan zaman gəlirlərimlə bağlı Mərkəzi Seçki Komissiyasına bəyannaməmi təqdim etmişdim. Qanunun təkmilləşməsi və ya müasir tələblərə cavab verib-verməməsi ilə bağlı məsələyə gəlincə, bunun həlli də mümkündür”. 

Deputat qanunun icrası üçün hüquqi tənizmlənmənin aparılması ilə bağlı yeni zərurətin ortaya çıxdığını qeyd edib:

“Bu baxımdan da hər bir iş adamı, məmur və digər şəxs öz gəlirlərini bəyan etməlidir. Hüquqi tənzimlənmə həm də ona görə zəruridir ki, ölkədə yeni aristokratik təbəqə yarana bilər və bu gün buna böyük ehtiyac. Əgər bütün məsələlər şəffaf olarsa, hər bir sahibkar, iş adamı gəlirlərini açıq şəkildə bəyan edərsə, müəyyən proseslər baş verə bilər. Belə olan halda, həm cəmiyyət qarşısında hesabatlılıq təmin olunacaq, həm də bununla bağlı mənfi və yersiz reaksiyalar aradan qaldırılar. 

Hər bir ölkənin zənginləri və pul qazanmağı bacaran insanları həmin ölkənin sərvətidir. 
Ancaq bizdə pul qazana bilən, uğurlu sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı münasibət müsbət olmur və pul qazanmaq qəbahət kimi görülür. Hətta cəmiyyətimizdə həmin şəxslərə qarşı “arzuolunmayan şəxs” görüntüsü yaradılır. Bu da olunla bağlıdır ki, pulun necə qazanılması ilə bağlı yaranan sualların cavabı ictimai rəydə aydın deyil. 

Bu gün elə bir dövrə gəlmişik ki, hər kəs öz gəlirlərini açıq şəkildə bəyan etməlidir. Axı nəyə görə ölkəmizdə rəsmi milyarderlərimiz olmasın? Nəyə görə onların vəsaitlərindən dövlətə vergi verilməsin və sahibkar bununla bağlı fəxrlə danışmasın? Bu baxımdan da məsələnin hüquqi tənzimlənməsinin vaxtı çatıb”.

“Ciddi müqavimətlə qarşılaşa bilərik”

Milli Məclisin digər deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, qanunun işlək vəziyyətdə olmamasının səbəbini, ciddi nəzarət mexanizminin hazırlanmaması ilə əlaqələndirib.

Onun sözlərinə görə, istənilən halda bu deklorasiya bütün dolğunluğu ilə işləsə də, real durumu müəyyən etmək çətin olacaq: 

“Ona görə ki, insanlar gəlirlərini öz adlarında saxlamırlar, hətta yaxınlarının da adına yazmırlar. Buna görə də gəlirləri müəyyən etmək çox çətindir. Gəlir vergisinin olduğu kimi tətbiq olunmasının da nəyisə dəyişəcəyi ilə bağlı insanlarda inam yoxdur”. 

Deputat düşünür ki, gəlir deklorasiyasında xeyli dəyişikliklər və nüansların olması nəzərə alınmalıdır:

“Bu isə hazırkı məqamda ciddi müqavimətlə qarşılaşa bilər və həyata keçirilməsi mümkün olmaz. Amma bununla belə, ölkəmizdə şəffaflığın və dürüstlüyün təmin olunması üçün bu qanunun tətbiqi vacib şərtlərdən biridir. Qanunun işlək mexanizminə çevrilməsi üçün bəzi yeniliklər əlavə olunmalıdır ki, deklorasiyanın tələbi zamanı heç kim bundan qaça bilməsin. Təbii ki, mən qaydaların təsdiq olunmasının lehinəyəm”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO