İƏT-in Daşkənddə keçiriləcək sammitinin gündəliyi AÇIQLANDI 

İƏT-in Daşkənddə keçiriləcək sammitinin gündəliyi AÇIQLANDI 

Hazırda oxunan: İƏT-in Daşkənddə keçiriləcək sammitinin gündəliyi AÇIQLANDI 

163076

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) noyabrın 8-9-da Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək 16-cı sammitində ticarət-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq. 

Bizim.Media Özbəkistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. 

İƏT-ə üzv ölkələrin liderləri təşkilatın fəaliyyətinin təkmilləşdirilməsini də müzakirə edəcəklər. 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə keçiriləcək tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyənin dövlət və hökumət başçılarının iştirakı gözlənilir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO