“Son dörd il ərzində Azərbaycanda orta pensiya 2,5 dəfə artıb. Dinamikaya baxanda dünyada çox nadir ölkə belə dinamika ilə fəxr edə bilər. Amma mütləq rəqəmlər bizim arzu etdiyimiz rəqəmlərdən aşağıdır və bunun üzərində də iş aparılır. Gələn ilin indeksasiyası da bu istiqamətdə atılan növbəti bir addım olacaq”.
Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.
“Pensiya xərclərinin ÜDM-ə nisbəti birbaşa əməkhaqqı fondu ilə bağlıdır. Ölkə üzrə əməkhaqqı fondu artmalıdır. Artan əməkhaqqı fondu çərçivəsində də yığılan sosial sığorta haqları artmalıdır”, - deyə nazir qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:11 / 04.11.2023
Dörd il ərzində Azərbaycanda orta pensiya 2,5 dəfə artıb
Hazırda oxunan: Dörd il ərzində Azərbaycanda orta pensiya 2,5 dəfə artıb
Hazırda oxunan: Dörd il ərzində Azərbaycanda orta pensiya 2,5 dəfə artıb
162903
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.