Orta Dəhlizin STRATEJİ ƏHƏMİYYƏTİ – Azərbaycan beynəlxalq tranzit mərkəzinə ÇEVRİLİR

Orta Dəhlizin STRATEJİ ƏHƏMİYYƏTİ – Azərbaycan beynəlxalq tranzit mərkəzinə ÇEVRİLİR

Hazırda oxunan: Orta Dəhlizin STRATEJİ ƏHƏMİYYƏTİ – Azərbaycan beynəlxalq tranzit mərkəzinə ÇEVRİLİR

162886

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında, Azərbaycanın etibarlı tranzit ölkə olduğunu bir daha diqqətə çatdırıb. 

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Şərq-Qərb Nəqliyyat Dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir: 

“Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib”. 

Mövzunu Bizim.Media üçün şərh edən Millin Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov dövlətimizin özünü dünyada etibarlı tərəfdaş kimi tanıtdığını bildirib: 
 

MÖVZU İLƏ BAĞLI:

Qərblə Rusiya növbəti dəfə ÜZ-ÜZƏ – Orta dəhlizə kim nəzarət edəcək?


“Azərbaycan uzun illərdir ki, Avropanın ən aparıcı dövlətləri və iri şirkətləri ilə əməkdaşlıq edir və özü kimi etibarlı olan dövlətlərlə siyasi, iqtisadi və digər sahələrdə kökləri dərinə gedən münasibətlər yaradır. Onlar elə dövlətlərdir ki, həmişə əməkdaşlığa sadiq qalırlar və mövcud qanunları bu əməkdaşlığın inkişafına imkan verir”.  

Orta dəhlizin dünya iqtisadiyyatında mühüm istiqamətə çevrildiyini söyləyən deputat, ölkəmizin bu məsələdəki rolunun çox böyük olduğunu vurğulayıb: 

“Xüsusilə Xəzər dənizində yüklərin daşınması, eləcə də quru nəqliyyatında isə avtomobil və dəmir yollarının mövcudluğu və hava nəqliyyatının varlığı ölkəmizin tranzit imkanlarını daha da genişləndirir. Dövlətimiz bu sahələrdə qabaqcıl potensiala malikdir. Bakı-Tbilisi-Qars dəmir yolunun bu məsələdəki rolunu da qeyd etmək lazımdır. Hazırda Zəngəzur dəhlizinin tikintisi həyata keçirilir və yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir”. 

A.Hüseynov, Avropa ölkələrinin Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu da diqqətə çatdırıb: 

“Ona görə ki, bu, regionun enerji təchizatında mühüm rol oynayır. Hətta Qazaxıstan öz qazının bizim vasitəmizlə Avropaya ötürülməsində maraqlı olduğunu bildirib. Digər Orta Asiya ölkələri də eyni fikirdədirlər. Bir sözlə, Prezident İlham Əliyevin apardığı siyasət, diplomatik səylər, ölkəmizin iqtisadi potensialı və qazandığı siyasi nüfuzu Azərbaycanın beynəlxalq tranzit mərkəzinə çevrilməsində böyük rol oynayır”.      

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO