“Siqaretin qiyməti yenə BAHALAŞACAQ” – AÇIQLAMA

“Siqaretin qiyməti yenə BAHALAŞACAQ” – AÇIQLAMA

Hazırda oxunan: “Siqaretin qiyməti yenə BAHALAŞACAQ” – AÇIQLAMA

162605

Paytaxtın topdansatış məntəqələrində bir çox siqaretlər yoxa çıxıb. Bəzi siqaretlərinsə qiyməti qalxıb. Belə ki, bir çox siqaretlərinin topdansatışda bir blokun qiyməti 1 manat bahalaşıb. Bu da o deməkdir ki, topdansatış məntəqələrində bir qutu siqaret 10 qəpik baha satılır. Nəticədə pərakəndə satış məntəqələri də qiymətə “əl gəzdirib”.

Marketlərdə və digər satış məntəqələrində bir qutu siqaret əvvəlki günlərlə müqayisədə 20-25 qəpik baha satılır. Xatırladaq ki, sonuncu qiymət artımı avqust ayında olmuşdu.

Bəs, növbəti qiymət artımı nəylə bağlıdır?

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli ilə həmsöhbət olduq. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, 2023-ci ilin arxada qalan 10 ayında siqaretin qiyməti bir neçə dəfə artıb:

“Bu dəfəki qıtlıq və qiymət artımı Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatından sonra baş verib. Bildiyimiz kimi Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir.

Hazırda aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının hər 1000 ədədi üçün 14,0 manatdırsa, layihəyə görə, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1000 ədədi üçün 16 manat olacaq. Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi isə 0,25 manatdan 2 manata qaldırılır.

Lakin, bəzi işbazlar yanvar ayını gözləmədən qiymətləri indidən qaldırıblar. Maraqlıdır ki, işbazlar qiymət artımında qəribə üsuldan istifadə edirlər. Əvvəlcə bəzi siqaretləri topdansatış məntəqələrdən yoxa çıxarırlar. Bir müddət sonra isə həmin siqaret əvvəlki qiymətlərdən daha baha qiymətə satılır.

Ənənə yenə davam edir.

Artıq neçə gündür ki, bəzi siqaret markaları yoxa çıxıb. Digərləri isə bir qədər bahalaşıb. Maraqlıdır ki, işbazlar bu qiymət artımı ilə dayanmayacaq. 2024-cü ilin yanvarında qanun qüvvəyə mindikdən sonra siqaretlər yenidən bahalaşacaq”.

Mən siqaretin bahalaşmasının tərəfdarıyam. Əksər Avropa ölkələrində siqaretlər çox bahadır. Bu da onunla izah olunur ki, uşaqların siqaretə əlçatanlığı aradan qaldırılır, həm də siqaretçəkənlərin sayı məcburi şəkildə aşağı salınır. Mən də bir vətəndaş kimi arzu edirəm ki Azərbaycanda siqaret o qədər baha olsun ki, uşaqlar üçün bu qiymət əlçatan olmasın. Eyni zamanda, yaşlı insanlar da pis vərdişlərdən əl çəksin”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO