Xəbər verdiyimiz kimi Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot dərəcəsini endirib. Belə ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 10%-dən 9.5%-ə endirilib.
"Bu qərar inflyasiyaya təsir edən xarici və daxili amillərin dəyişimi, eləcə də valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi nəzərə alınmaqla verilib", - deyə AMB bəyan edib.
Mərkəzi Bank niyə uçot dərəcəsini aşağı salıb?
İqtisadçı ekspert Eldəniz Əmirov Bizim.Media-ya açıqlamasında uçot dərəcəsi ilə bağlı digər ölkələrlə müqayisə aparıb:
MÖVZU İLƏ BAĞLI:
Mərkəzi Bank uçot dərəcəsini ENDİRDİ
“ABŞ-da iqtisadi aktivlik kifayət qədər yüksəkdir. Tükiyədə isə infilyasiyanın tüğyan etməsi bu ölkədə uçot dərəcəsinin yuxarı qaldırılmasını bir zərurətə çevirib. Bu bir məcburiyyətdir.
Azərbaycanda isə iqtisadi aktivlik günbəgün zəifləyir.
Hesab edirəm ki, makroiqtisadi artım tempinin aşağı düşməsi, ÜDM-də lazımi səviyyənin əldə edilməməsi Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin aşağı endirilməsinin əsas səbəblərindən biridir. Amma mən hesab edirəm ki, uçot dərəcəsinin endirilməsi yox, uçot dərəcəsinin eyni səviyyədə saxlanılması daha doğru olardı. Uçot dərəcəsinin qaldırılması tərəfdarı deyildim”.
Surxay Atakişiyev, Bizim.Media