Regionlarda evlərin sığortalanmasına maraq niyə AZDIR? – AÇIQLAMA

Regionlarda evlərin sığortalanmasına maraq niyə AZDIR? – AÇIQLAMA

Hazırda oxunan: Regionlarda evlərin sığortalanmasına maraq niyə AZDIR? – AÇIQLAMA

162288

Məlum olduğu kimi, bir neçə gün əvvəl Fövqəladə Hallar Nazirliyi, Qəbələnin Tikanlı kənd sakini Elçin Rəhimovun evinin yanaraq yararsız vəziyyətə düşməsi və altı nəfərlik ailəsinin yaşayış yerinin olmaması barədə məlumat yayıb. Yanğın nəticəsində, 5 otaqlı mənzil iki gəlinin cehizləri ilə birlikdə günün günorta saatlarında kül olub.  

Tikanlı kənd icra nümayəndəsi Azər Rəfiyev isə Bizim.Media-ya açıqlamasında bildirib ki, bu cür yanğın hadisələrini, xüsusən təbii fəlakətləri nəzərə alıb əmlakların sığorta işlərini aparmaq vacibdir.   
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan sığorta bazarının həcmi 937 milyon manatı ÖTÜB 


Ümumilikdə isə paytaxt Bakıya nisbətən regionlarda daşınmaz əmlakın və mənzillərin məcburi sığortalanması ilə bağlı işlər ya görülmür, ya da çox zəifdir. 

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev, ölkəmizdə daşınar əmlak ilə bağlı sığorta işlərinin ən yüksək səviyyədə aparıldığını bildirib: 

“Onların sığortası məcburi aparılır və vaxtları keçdikdə cərimə olunurlar. Amma daşınmaz əmlakla bağlı sığortalanma halları xeyli azdır. Əsasən çıxarışı olan əmlaklar sığortalana bilir ki, bunun üçün də əmlakın müvafiq sənədləri tələb olunur. Məcburi sığortalanan əmlaklar isə ipoteka və digər kreditlər vasitəsilə satılanlardır. Digər tərəfdən isə çıxarışlı mənzillərin alqı-satqısı zamanı əgər sığortası yoxdursa, notariusda olan şirkətlər tərəfindən icbari sığorta ilə təmin olunurlar”. 

Daşınmaz əmlaklarını sığortlayanların sayının az olduğunu deyən ekspert vurğulayıb ki, hansısa fors-major hadisə baş verən zaman şirkətlər vətəndaşlara dəstək verə bilmirlər:

“Əksər hallarda isə aidiyyatı dövlət orqanları orqanları isə həmin zərərləri hansısa bir formada qarşılamağa məcbur olur. Bu gün ölkəmizdə bütün əmlak növlərinin satış qiyməti həddində artıq bahadır və 10 minlərlə 100 minlərlə manata ölçülür. Ancaq onlar ildə bir dəfə 50 manat  ödəməklə əmlaklarını icbri sığorta etdirməyə maraq göstərmirlər. Hazırda Bakı üçün icbari sığorta 50 manat, regionlar üçünsə bir qədər aşağı qiymətədir”. 

Bunun üçün də çıxarışların tələb olunduğunu söyləyən müsahibimiz  düşünür ki, çıxarışların verilməsi sığorta bazarında da böyük canlanmaya səbəb olacaq:

“Bu gün ölkədə 500 minə qədər çıxarışı olmayan daşınmaz əmlak var ki, onların sığortaya cəlb olunması mövcud qanunverciliyə əsasən qadağandır”. 

Paytaxta nisbətən regionlarda daşınmaz əmlakın sığortalanmasına marağın az olmasının səbəblərini şərh edən E.Fərzəliyev, bunu ilk növbədə mülkiyyəti təsdiq edən sənədlərin az olması ilə əlaqələndirib:

“Digəri isə vətəndaşlarda bununla bağlı maarifləndirmə işlərinin aparılmamasıdır. Əgər bu sahədə də hər hansısa bir məcburiyyət olarsa, müəyyən irəliləyiş əldə edilə bilər. Vətəndaş bu məcburiyyət onun əmlakının qorunmasına xidmət etdiyini bilməlidir. Belə olan halda isə artıq ona dəyən zərərin şirkət tərəfindən qarşılandığına əmin olacaq”. 

Rövşən Ziya, Bizim.Media


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO