Qızıl KƏSKİN BAHALAŞDI – Qiymət artımı DAVAM EDƏCƏK?

Qızıl KƏSKİN BAHALAŞDI – Qiymət artımı DAVAM EDƏCƏK?

Hazırda oxunan: Qızıl KƏSKİN BAHALAŞDI – Qiymət artımı DAVAM EDƏCƏK?

161751

Bu gün daxili bazarda 85 prob qızıl 90-91 manata, 750 prob isə 115-120 manat arası satılır.

Qiymətlərin bu həddə olması əksəriyyət tərəfindən narazılıqla qarşılanır. Xüsusən də, adətlərimizə uyğun olaraq toy etmək istəyən valideynlər qızıl qiymətlərinin yüksək olması səbəbindən ciddi çətinliklərlə üzləşirlər.

Bəs, qızıl qiymətlərindəki bahalaşmaya səbəb nədir?
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın qızıl-gümüş satışından əldə etdiyi GƏLİR 


Bizim.Media-nın bu və ya digər suallarını cavablandıran iqtisadçı-ekspert Fuad İbrahimov, ölkədaxili bazarda qızılın qiymətləndirilməsinin birjalarla birbaşa əlaqəsinin olduğunu diqqətə çatdırdı:

“Son 10 il ərzində birjalarda qızılın qiymətində dinamik artım müşahidə olunur. Həm ölkəmizdə, həm də dünyada pandemiya dövründən bu günə qədər qızıl son illərin ən bahalı dövrünü yaşayır:

Xam qızılı bahalaşdıran səbəblərdən biri də odur ki, əvvəllər ölkələrin çoxu ehtiyat fondlarını müxtəlif valyutalarda saxlayırdılar. Bəzi ölkələr isə, o cümlədən Türkiyə hökuməti ehtiyat fondlarını qızıl ehtiyatına çevirir. Hətta son bir neçə il ərzində hazırkı ehtiyatlarının üzərinə 30 faizdən artıq ehtiyat əlavə ediblər. 

Rusiya, Çin, Yaponiya və digər inkişaf etmiş ölkələr bu istiqamətdə fəaliyyətini davam etdirir. Bir sözlə, onlar öz risklərini sığortalamış olurlar. Bu amillər də qızılın belə yüksək səviyyədə qalmasını stimullaşdırır”.

Qiymət necə təyin olunur?

Onun sözlərinə görə, birjalarda qızılın qiyməti xammala əsasən müəyyən olunur və onun üzərinə işçilik haqqı gəlir:

“Bəlli olduğu kimi, ölkəyə qızıl əsasən Birləşmiş Ərəb Əmirliyindən, Türkiyədən, digər Yaxın və Uzaq Şərq ölkələrindən gəlir. Həmin ölkələrdəki işçilərin də əmək haqları məhsulun üzərinə gəlir və satışa çıxarılır. Bu, Azərbaycanda da belədir”. 

Tələbat yüksəkdir...

Ekspert, daxili bazarda ləl-cəvahirat və qızıl əşyalarına tələbatın çox yüksək olduğunu diqqətə çatdırıb:

“Aydın məsələdir ki, qızılın hazırki qiyməti əhalinin gəlirləri ilə uyğunlaşmır və onları təzyiq altında saxlayır. Bu da xalqımızın adət-ənənələri ilə bağlıdır. Xeyir işlərimiz, nişan mərasimlərimiz, toylarımız, şad günlərimiz həmişə çox olub. Bu mərasimlərin hamısında zərgərlik məmulatları dolub-daşır. 

Ölkəmizdə qızıla həm də ehtiyatda olan gəlir mənbəyi kimi baxılır. Ancaq Qərb ölkələrində qızıldan asılılıq sıfır səviyyəsindədir və bu əşyalar onlar üçün heç bir əhəmiyyət daşımır”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO