Neft yenidən ucuzlaşa bilər – Hər şey ABŞ-ın qərarından asılıdır

Neft yenidən ucuzlaşa bilər – Hər şey ABŞ-ın qərarından asılıdır

Hazırda oxunan: Neft yenidən ucuzlaşa bilər – Hər şey ABŞ-ın qərarından asılıdır

161747
Neft qiymətlərinin mövcud səviyyəsi ABŞ-da strateji neft ehtiyatlarından istifadə çağırışlarını gücləndirib. Çağırışlara qoşulanlar arasında ABŞ-ın senatorları da var.
 
Sfera.az bildirir ki, Senatda demokat qrupun lideri Çarlz Şumer prezident Baydenə müraciət edərək benzin qiymətlərinin eməsi üçün strateji ehtiyatlardan istifadə edilməsini istəyib. Onun fikrincə, qiymətlərin əlverişli səviyyəyə düşməsi üçün strateji neft ehtiyatlarından satışlara başlamaq lazımdır.
 
Yanacaq qiymətlərinin yüksəlməsi ABŞ-da inflyasiya səviyyəsini də yüksəldir. ABŞ əhalisi administrasiyanı qiymət artımlarını durdurmamaqda ittiham edir.
Qeyd edək ki, strateji ehtiyatlardan istifadə ilə bağlı çağırışların güclənməsindən sonra neft qiymətləri aşağı düşüb. Ekspertlər proqnozlaşdırır ki, ABŞ ehtiyatların satışına başlayarsa qiymətlər 20 faiz düşə bilər.
 
Vasif
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO