Qazaxıstan hakimiyyəti Azərbaycana qeyri-əmtəə mallarının tədarükünü 300 milyon dollar artırmağa hazırdır.
Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyinin rəhbəri Alibek Kuantırov ilə Azərbaycanın bu ölkədəki səfiri Ağalar Atamoğlanovla keçirilən görüşündə bildirilib.
"Tərəflər iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər. 2022-ci ilin sonunda ikitərəfli ticarət dövriyyəsinin həcmi təxminən 500 milyon dollar təşkil edib. Gələcəkdə bu rəqəm 1 milyard dollara qədər artırıla bilər. Bundan başqa, nazir Qazaxıstanın Azərbaycana yerli emal məhsullarının ixracında maraqlı olduğu vurğulanıb. Bunlar təxminən 300 milyon dollar dəyərində 100-dən çox qeyri-əmtəə mallarıdır”, - deyə məlumatda bildirilir.
Görüşdə hər iki ölkənin mühüm nəqliyyat dəhlizlərində əlverişli coğrafi mövqeyi qeyd edlib.
"Bu baxımdan Çin və Avropa İttifaqını Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) getdikcə aktuallaşır. TBNM çərçivəsində iki dəfədən çox artım olub. Söhbət zamanı Qazaxıstan neftinin bu marşrutla daşınmasının müsbət dinamikası qeyd edilib”, - nazirlikdən bildirilib.
2023-cü ilin yanvar-avqust aylarında ikitərəfli ticarət dövriyyəsi 398 milyon dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 57,2% çoxdur.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:08 / 27.10.2023
Qazaxıstan Azərbaycana qeyri-xammalların tədarükünü artırmağa hazırdır
Hazırda oxunan: Qazaxıstan Azərbaycana qeyri-xammalların tədarükünü artırmağa hazırdır
Hazırda oxunan: Qazaxıstan Azərbaycana qeyri-xammalların tədarükünü artırmağa hazırdır
161713
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.