Rusiya hökuməti Azərbaycanla “sadələşdirilmiş gömrük dəhlizi” yaratmağı və gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması üzrə layihələrin həyata keçirilməsini planlaşdırır.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davıdov bildirib.
Onun sözlərinə görə, Rusiya ticarət sənayesi artıq Şərq və Cənub ölkələri ilə əlaqələrə yönləndirilib.
R. Davıdov vurğulayıb ki, “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq dəhlizləri sayəsində yük dövriyyəsini 35 % artırmaq mümkün olub: “Rusiya dost dövlətlərlə sadələşdirilmiş sxem üzrə logistik marşrutlar həyata keçirməyi planlaşdırır. Azərbaycanla “sadələşdirilmiş gömrük dəhlizi” ilə yanaşı, İran, Suriya, Türkiyə və Çinlə də nəqliyyat marşrutları inkişaf etdiriləcək”.
O qeyd edib ki, ölkələr arasında yüklərin sadələşdirilmiş daşınması layihəsi inzibati aparatın yükünü azaldacaq və daşıma prosesinin özünü asanlaşdıracaq:
“Bundan başqa, Rusiya Azərbaycan, Çin və Monqolustan ilə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması üzrə layihələr həyata keçirir. Onların praktiki təsirinin artmasına nail olmaq, iştirakçılar dairəsini genişləndirmək, ticarət dövriyyəsinin həcmini artırmaq, malların tədarükü zəncirlərinin şəffaflığını və təhlükəsizliyini artırmaq vacibdir”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:20 / 25.10.2023
Rusiya Azərbaycanla “sadələşdirilmiş gömrük dəhlizi” yaradır
Hazırda oxunan: Rusiya Azərbaycanla “sadələşdirilmiş gömrük dəhlizi” yaradır
Hazırda oxunan: Rusiya Azərbaycanla “sadələşdirilmiş gömrük dəhlizi” yaradır
161447
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.