Avropa İttifaqı Ukraynaya 1,5 milyard avro verdi

Avropa İttifaqı Ukraynaya 1,5 milyard avro verdi

Hazırda oxunan: Avropa İttifaqı Ukraynaya 1,5 milyard avro verdi

161129

Avropa İttifaqı Ukrayna üçün nəzərdə tutduğu makromaliyyə yardımı çərçivəsində 1,5 milyard avro həcmində növbəti tranşı Kiyevə təqdim edib.

Bizim.Media xəbər verir ki, Ukraynanın Baş naziri Denis Şmıqal bu barədə özünün sosial media hesabında yazıb.

“Ukrayna Avropa İttifaqından 1,5 milyard avro həcmində doqquzuncu makromaliyyə yardımı tranşı alıb”, - deyə Denis Şmıqal bildirib. 
Onun sözlərinə görə, 2023-cü ildə Brüsselin Kiyevə ayırdığı büdcə dəstəyinin həcmi artıq 15 milyard avroya çatıb.

Xatırladaq ki, Avropa İttifaqı Şurası Ukraynaya 2023-cü il üçün 18 milyard avro həcmində makromaliyyə yardımı ayırmaq barədə qərar qəbul edib. Həmin vəsait 10 illik imtiyazla verilir. Ukrayna krediti 2033-cü ildən başlayaraq 35 il ərzində ödəyəcək.

Kiyev cari ilin yanvarında 3 milyard avroluq ilk tranşı alıb. Növbəti ödənişlər martdan başlayaraq ayda 1,5 milyard avroluq hissələrə bölünüb.

Ukrayna bu vəsaitlərin köməyi ilə əməkhaqqlarını, pensiyaları ödəməyə davam edəcək, əsas ictimai müəssisələrin, o cümlədən xəstəxana və məktəblərin fəaliyyətini dəstəkləyəcək. Bundan başqa, Avropa İttifaqının yardımı ölkəyə müharibə zamanı zərər çəkən infrastrukturu bərpa etmək və makroiqtisadi sabitliyi qorumaq imkanı verəcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO