“Növbəti ildən etibarən Bakıda torpağın bahaşlaşması gözlənilir”.
Bunu Bizim.Media-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib.
Ekspert paytaxtda bahalaşmanı stimullaşdıran bəzi amillərin olduğunu bildirib:
“Həmin amillərdən biri də mərkəzdə çoxmərtəbəli binaların tikintisi üçün torpaq sahəsinin tapılmamasıdır. Buna görə də sahibkarlar şəhərin kənar məntəqələrinə üz tutmağa məcbur olurlar. Əsasən də, Binəqədi, Sabunçu, Abşeron, Xırdalan və digər istiqmətlərə üz tuturlar. Bu ərazilərdə hündürmərtəbəli bina tikintisi üçün yer tapmaq mümkündür”.
Müsahibimiz vurğulayıb ki, mərkəzdə, xüsusilə də Nərimanov, Nəsimi, Səbail rayonlarında boş ərazi tapmaq müşkülə çevrilib:
“Bu ərazilərdə çoxmərtəbəli binaların tikintisi ilə bağlı torpaq əldə etmək üçün mütləq fərdi yaşayış evlərinin söküntüsü həyata keçirilməlidir. Bu da sahibkarlara xeyli baha başa gəlir. Ona görə ki söküntü zamanı ilk növbədə vətəndaşa kompensasiya ödənilməlidir. Eyni zamanda, əgər torpaq sahəsi dövlətə məxsusdursa, özəlləşdirilməsini həyata keçirmək lazımdır. Bu da torpağın qiymətinin bahalaşmasına səbəb olan amillərdən birinə çevrilir”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:40 / 21.10.2023
Gələn il bu ərazilərdə torpaq qiymətləri bahalaşacaq – PROQNOZ
Hazırda oxunan: Gələn il bu ərazilərdə torpaq qiymətləri bahalaşacaq – PROQNOZ
Hazırda oxunan: Gələn il bu ərazilərdə torpaq qiymətləri bahalaşacaq – PROQNOZ
160873
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.