Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu yaxınlarda mətbuata verdiyi açıqlamasında, 2023-cü ilin sonuna illik inflyasiyanın 6 % civarında olacağının proqnozlaşdırıldığını bildirib.
Bu ilin avqust ayında istehlak qiymətləri indeksinin isə ötən ilin eyni dövrü ilə müqayisədə 108 faiz təşkil etdiyini söyləyən AMB sədri qeyd edib ki, əsasən əmtəə və xidmətlər 8 % bahalaşıb:
“Bura həm ərzaq, həm də qeyri-ərzaq malları aiddir. Bu da AMB-nin hədəf diapazonununa (4+-2) yaxındır və iqtisadi inkişafımız üçün vacibdir. Bizim əsas məqsədimiz də elə inflyasiyanın idarə edilməsidir".
Bəs AMB sədrinin bu proqnozu nə qədər real görünür?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Xalid Kərimli, inflyasiya ilə bağlı maraqlı bir nüansın olduğunu diqqətə çatdırdı:
“Əslində AMB sədri hazırda inflyasiya ilə bağlı təzyiqlərin olduğunu diqqətə çatdırıb. Həqiqətən də ölkədə infilyasiya meylləri azalmaqdadır. Bunun bir səbəbi də, milli valyutamızın nominal effektiv məzənnəsinin güclənməsidir. Manat dollarla bərabər tutulur və dollar bahalaşdıqca, manat da bahalaşır.
Digər səbəb isə idxal inflyasiyasının aşağı düşməsidir. Dünya bazarında ərzağın qiymətləri kəskin ucuzlaşır. Belə ki, 2022-ci ilin mart ayında ərzaq qiymətləri pik səviyyədə idi. Xüsusilə də Rusiya-Ukrayna müharibəsindən sonra qiymətlər özünün tarixi maksimumuna çatdı. Ancaq ondan sonra dünya bazarında 25 faizə qədər ucuzlaşma oldu və hazırda biz də bunun təsirlərini hiss etməyə başlamışıq”.
Ekspert vurğulayıb ki, Taleh Kazımov inflyasiyadan danışarkən bu ilin dekabr ayı ilə ötən ilin dekabr ayını müqayisə edib:
“Dövlət Statistika Komitəsinin hər ay açıqladığı hesabatlarda da il üzrə inflyasiya elan olunsa da, aylıqla bağlı heç nə qeyd olunmur. Cari ilin yanvar – sentyabr aylarında orta aylıq inflyasiya 10,9 faizdir ki, bu da əvvəlki ayla müqayisədə bir qədər aşağı, yəni 11,3 faiz səviyyəsində olub. Bu da onu göstərir ki, orta aylıq inflyasiyalar da tənzimlənir.
Bir sözlə bütün proqnozlar onu göstərir ki, cari illin sonuna qədər illik inflyasiya 9,5 faiz olacaq. T. Kazımovun dediyi 6 faizlik hədd isə ötən ilin dekabr ayı ilə müqayisə olunan bir həddir. Gələn il isə inflyasiyanın 6 faiz həddində olacağı gözlənilir”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:30 / 20.10.2023
İnflyasiya ilə bağlı NİKBİN PROQNOZ – Qiymətlər UCUZLAŞACAQ?
Hazırda oxunan: İnflyasiya ilə bağlı NİKBİN PROQNOZ – Qiymətlər UCUZLAŞACAQ?
Hazırda oxunan: İnflyasiya ilə bağlı NİKBİN PROQNOZ – Qiymətlər UCUZLAŞACAQ?
160618
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.