Ətin qiyməti daha da BAHALAŞACAQ? – AÇIQLAMA 

Ətin qiyməti daha da BAHALAŞACAQ? – AÇIQLAMA 

Hazırda oxunan: Ətin qiyməti daha da BAHALAŞACAQ? – AÇIQLAMA 

160077

Dövlət Statistika Komitəsinin son hesabatına görə, 2022-ci ilin avqustundan indiyədək mal əti 19-20 faiz bahalaşıb. Ötən il kiloqramı 11-13 manata təklif olunan mal ətinin qiyməti bu il 14-16 manat olub.

Bəs, bu cür kəskin qiymət artımına səbəb nədir?

Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, bu gün ət və ət məhsullarının qiymətinə bir deyil, bir neçə amil kompleks şəkildə təsir edir: 
 

MÖVZU İLƏ BAĞLI:

Ölkədə bir sıra məhsullar BAHALAŞIB - RƏSMİ 


“İlk növbədə örüş sahələrinin azalması ciddi problemlər yaradır. İkincisi, yerli və mental dəyərlərdir, yəni əhali ət məhsullarına çox üstünlük verir ki, bu da tələbatı kəskin artırır. Maddi imkanı əl verən kimi, hər kəs ilk növbədə ət məhsullarına üstünlük verir. Üçüncüsü isə bazardakı inhisarçılıqdır ki, bu da dərhal əvvəlkilərə reaksiya verir və qiymətlərə təsir edir. Əgər tələbat azalarsa, qiymətlərdə kəskin ucuzlaşma baş verəcək, eyni zamanda rəqabət yaranacaq. Satış uğrunda mübarizə başlayacaq və hamı ilk növbədə öz məhsulunun satılmasını istəyəcək”. 

Bu gün şadlıq saraylarında və iaşə obyektlərində tonlarla ət və ət məhsullarının istehlak edildiyini söyləyən F.İbrahimovun fikrincə, bu da tələbatın yüksək səviyyədə olmasının əsas göstəricisidir:

“Sahibkar da bundan məharətlə istifadə edir. Amma biz onu qınaya bilmərik. Tələbat var, o da məhsulunu satır və pul qazanır”. 

Müsahibimiz, digər bir səbəbin iri ticarət mərkəzləri ilə bağlı olduğunu qeyd edib:

“Bu gün Bakı şəhərində mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərən marketlərdəki qiymətlər əsasında formalaşan qiymət bazası var. Belə ki, marketlərə daxil olan bir çox məhsullarla bağlı 30-40 faizlik naməlum qiymət bazası əmələ gəlir. Bir sözlə, mərkəzləşdirilmiş qaydada inhisarçılıq şəraiti hökm sürür. Bu gün bazarda sərbəst rəqabət təmin olunmur, yəni fermerin və kəndlinin istənilən şəraitdə bazarda iştirakına bir sıra çətinliklər yaradılır və onlar həm məhsullarını bazara çıxara, həm də sərbəst rəqabət apara bilmirlər.  

Bunun üzərinə paytaxt əhalisinin tənbəllik indeksini də gəlsək, bahalaşmanın səbəbini qismən anlaya bilərik. 

Əvvəllər insanlar öz evindən bir neçə km məsafədə yerləşən bazara gedər və rahat şəkildə ən azı bir aylıq bazarlığını edərdi. Ancaq indi heç kim bazara getmək istəmir və evinin yaxınlığındakı marketdən və mağazadan alış-veriş etməyə üstünlük verir. Bu da o deməkdir ki, Bakı sakinləri qiymət araşdırması aparmadan öz istehlakçı tələbatını ödəməyə çalışırlar”. 

Bahalaşma davam edəcək?

Ekspert düşünür ki, qiymət artımları ilə bağlı hansısa səngimənin olması mümkün deyil:

“Ət və ət məhsulları bu templə bahalaşmaqda davam edəcək. 2006-cı ildən bəri başlayan bahalaşma bundan sonra da davam edəcək. Təbii ki, ətin qiyməti birdən-birə 50-60 manat olmayacaq və biz bunu 1-2 faizlik artımlarla daim müşahidə edəcəyik. Eyni zamanda, mövcud vəziyyət, yəni örüş sahələrinin, yem bazasının azalması və digər amillər artıma öz təsirini göstərəcək”. 

Röşvən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO