“Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan uzun illər iqtisadi inkişaf parametrlərinə görə dünyada lider mövqeyə malik olub”.
Bizim.Media xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2003-2022-ci illərdə Azərbaycanda Ümumi Daxili Məhsul 7,3 milyard dollardan 78,7 milyard dollara yüksəlib:
“2003-2023-cü illərdə dövlət büdcəsinin xərcləri 1,2 milyard manatdan 36,6 milyard manata çatıb. Strateji valyuta ehtiyatları 2003-cü ildə 1,4 milyard dollardan 2023-cü il oktyabrın 1-nə 66,1 milyard dollara qədər artıb. 2003-2022-ci illərdə ölkə iqtisadiyyatına yatırılan ümumi investisiya həcmi 310,4 milyard dollar təşkil edib. 2003-cü il ilə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5.5%-ə enib, orta aylıq əmək haqqı 77,4 manatdan 839.4 manata yüksəlib”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:07 / 14.10.2023
“Azərbaycan iqtisadi inkişafa görə dünyada lider mövqeyə malik olub” - Samir Nuriyev
Hazırda oxunan: “Azərbaycan iqtisadi inkişafa görə dünyada lider mövqeyə malik olub” - Samir Nuriyev
Hazırda oxunan: “Azərbaycan iqtisadi inkişafa görə dünyada lider mövqeyə malik olub” - Samir Nuriyev
159800
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.