Marketlərdə KİBRİT TAPILMIR – Səbəb NƏDİR?

Marketlərdə KİBRİT TAPILMIR – Səbəb NƏDİR?

Hazırda oxunan: Marketlərdə KİBRİT TAPILMIR – Səbəb NƏDİR?

159680

Son günlərdə əksər supermarketlərdə kibrit qıtlığı yaşanır. Supermarketdə çalışan əməkdaşların sözlərinə görə, artıq 2 həftəyə yaxındır ki, anbarlara kibrit gəlmir.  

Bəs, kibrit qıtlığına səbəb nədir? 

İqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya bildirib ki, kibrit Azərbaycana ənənəvi olaraq ya Rusiyadan, ya da Belarusdan idxal olunub: 

“Kibrit idxalında əsasən Rusiya öndə olurdu. Yəqin ki, həm Rusiyadakı istehsalla, həm də logistika ilə bağlı müəyyən problemlər yaşanır deyə, müəyyən qıtlıq yaranıb. Bu, həm də tələbatla bağlı məsələdir. Yəni kibritə tələbat getdikcə azalır. Çox güman ki, bu işlə məşğul olanlar tələbatın azalmasını da nəzər alırlar. Çünki artıq evlərdə elektron alışqanlardan istifadə olunur. Bu nöqteyi-nəzərdən də qıtlıq yaşanır”.

Cahan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO