Oktyabrın 11-də İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə keçirilən birgə iclasın gündəliyində ölkənin neft-qaz hasilatı sahəsində cari vəziyyət və perspektivlər, o cümlədən SOCAR-ın və ümumilikdə respublikanın neft-qaz sektorunun uzunmüddətli inkişaf planları, gələcək hasilat proqnozları, Heydər Əliyev adına Neft Emalı Zavodunun Yenidənqurma və Modernizasiya Layihəsinin icra vəziyyəti, həmçinin Layihənin icrası üçün tələb olunan əlavə işlər və digər cari məsələlər geniş müzakirə olunub.
Tədbirdə SOCAR-ın prezidenti Rövşən Nəcəfin məruzəsi və Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun çıxışı dinlənilib.
İclasın yekununda müzakirə olunan məsələlər barədə Şuranın üzvlərinin təklifləri nəzərə alınmaqla AİH-nin İdarə Heyətinə və SOCAR-a müvafiq tapşırıqlar verilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
20:07 / 11.10.2023
Baş nazir İqtisadi Şuranı toplayıb, ölkənin neft-qaz hasilatı sahəsində cari vəziyyəti MÜZAKİRƏ ETDİ - FOTO
Hazırda oxunan: Baş nazir İqtisadi Şuranı toplayıb, ölkənin neft-qaz hasilatı sahəsində cari vəziyyəti MÜZAKİRƏ ETDİ - FOTO
Hazırda oxunan: Baş nazir İqtisadi Şuranı toplayıb, ölkənin neft-qaz hasilatı sahəsində cari vəziyyəti MÜZAKİRƏ ETDİ - FOTO
159437
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.