Azərbaycanda işçilərə ən çox maaş verilən SAHƏLƏR – “5000 manatdan yuxarı alanlar var”

Azərbaycanda işçilərə ən çox maaş verilən SAHƏLƏR – “5000 manatdan yuxarı alanlar var”

Hazırda oxunan: Azərbaycanda işçilərə ən çox maaş verilən SAHƏLƏR – “5000 manatdan yuxarı alanlar var”

158305

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, paytaxtda orta aylıq nominal əmək haqqı 1179,8 manat təşkil edib. Belə ki, 2023-cü ilin yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,1 faiz artıb.

Bəs, bu əmək haqları hansı sahələri əhatə edir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov Azərbaycanda minimum əmək haqqının 345 manat olduğunu xatırladıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Maaş və pensiyalar ARTIRILACAQ? – Komitə sədrindən AÇIQLAMA


Bununla belə, ölkədə 5 min manata qədər, hətta ondan da yüksək maaş alanların olduğunu söyləyən ekspert vurğulayıb ki, onlar arasındakı orta aylıq nominal göstəricinin 1000 manatdan yuxarı olması normaldır:  

“Bu da təbii ki, yüksək bir məbləği ifadə edəcək. Orta əmək haqqı göstəricisi nisbi xarakter daşıyır və bunun Bakıda yüksək olmasını normal saymaq olar və bu, son günlərdə əhalinin gəlirlərinin durmadan artması ilə əlaqədardır. Bu gün özəl sektorda çalışanların əmək haqları dövlət sektorunun bəzi sahələrindən çox yüksəkdir. Bu, həmişə belə olub. İnkişaf etmiş ölkələrdə də eyni vəziyyət müşahidə olunur”.

Müsahibimiz qeyd edib ki, hazırda bəzi dövlət qurumlarında da yüksək əmək haqqı alanlar var: 

“Daha çox neft-qaz, maliyyə və digər sektorlarda fəaliyyət göstərən şəxslər nisbətən yüksək əmək haqqı alırlar. Minimum əmək haqlarının qaldırılması ilə bağlı olaraq əhalinin də gəlirləri artmaqda davam edir. Ancaq bunun regionlara düşən payına baxsaq, çox ciddi fərqin olduğunu görərik. Bu ondan irəli gəlir ki, yüksək gəlirli, yəni əmək haqqı ödənilən iş yerləri paytaxtda cəmlənib. Əhalinin yaşayış səviyyəsinin yaxın gələcəkdə daha da yaxşılaşması üçün orta nominal və yüksək əmək haqları arasındakı fərqi azaltmaq və yaxınlaşdırmaq lazımdır”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO