Avropa Parlamenti Ukraynaya 50 milyard avro ayrılmasını təsdiqləyib

Avropa Parlamenti Ukraynaya 50 milyard avro ayrılmasını təsdiqləyib

Hazırda oxunan: Avropa Parlamenti Ukraynaya 50 milyard avro ayrılmasını təsdiqləyib

158244

Avropa Parlamenti 2021-2027-ci illər üçün Avropa İttifaqı (Aİ) büdcəsinə yenidən baxılmasını təsdiqləyib.  

Bizim.Media xəbər verir ki, bu barədə “RBC-Ukraina” təşkilatın mətbuat xidmətinə istinadən məlumat yayıb. 

“Biz Aİ iqtisadiyyatını gücləndirməklə yanaşı, 50 milyard avroluq yeni proqramla Ukraynadakı vəziyyəti sabitləşdirməyi hədəfləyirik. Biz büdcəni möhkəmləndirir, miqrasiya ehtiyacları üçün artırırıq”, - polşalı deputat Yan Olbrixt bildirib. 

Qeyd edək ki, Avropa Parlamenti Avropa Komissiyasının daha əvvəl təklif etdiyi 65,8 milyard avroya əlavə olaraq 2024-2027-ci illər üçün əlavə 10 milyard avro ayrılmasını təsdiqləyib. 

Avropa Parlamentinin bəyanatında deyilir ki, son xarici çağırışlar, xüsusən də Rusiyanın Ukraynaya qarşı müharibəsi və artan miqrasiya problemləri fonunda Avropa Parlamentinin üzvləri büdcənin müvafiq maddələrini 2 milyard avro artırıblar.

Onlar Avropa üçün yeni Strateji Texnologiya Platformasına (STEP) əlavə 3 milyard avro və Aİ-nin gözlənilməz böhranlara cavab vermək qabiliyyətini gücləndirmək üçün 5 milyard avro ayırıblar. 
Bu qərarın lehinə 393 deputat səs verib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO