“Suqovuşan” stansiyalarında istehsal olunan elektrik enerjisinin HƏCMİ 

“Suqovuşan” stansiyalarında istehsal olunan elektrik enerjisinin HƏCMİ 

Hazırda oxunan: “Suqovuşan” stansiyalarında istehsal olunan elektrik enerjisinin HƏCMİ 

158152

Yenidən fəaliyyətə başladığı dövrdən 01.10.2023-cü il tarixinədək Tərtər çayı üzərində derivasiya tipli “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında ümumilikdə 21,8 milyon kVt∙st elektrik enerjisi istehsal edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyi öz “Facebook” səhifəsində paylaşım edib. 

Qeyd olunur ki, “Suqovuşan-1” KSES ümumi gücü 4,8 MVt olmaqla, hər biri 1,6 MVt gücündə olan 3 ədəd hidroaqreqatdan, “Suqovuşan-2” KSES isə ümumi gücü 3 MVt olmaqla, hər biri 1 MVt gücündə olan 3 ədəd hidroaqreqatdan ibarətdir. 

“3 il öncə - 2020-ci ilin 3 oktyabr tarixində Tərtər rayonunun Suqovuşan kəndi işğaldan azad edilib. Qısa vaxtda burada quruculuq, təmir-bərpa işlərinə start verilib. 

3 oktyabr 2021-ci il tarixində Tərtər çayı üzərində derivasiya tipli “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarının yenidənqurmadan sonra açılışı olub. 

“Suqovuşan-1” KSES ümumi gücü 4,8 MVt olmaqla, hər biri 1,6 MVt gücündə olan 3 ədəd hidroaqreqatdan, “Suqovuşan-2” KSES isə ümumi gücü 3 MVt olmaqla, hər biri 1,0 MVt gücündə olan 3 ədəd hidroaqreqatdan ibarətdir. 
Yenidən fəaliyyətə başladığı dövrdən 01.10.2023-cü il tarixinədək hər iki stansiyada ümumilikdə 21,8 milyon kVt∙st elektrik enerjisi istehsal edilib”, - paylaşımda qeyd olunur. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO