Oktyabrın 5-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Atabank” ASC-nin, oktyabrın 10-da “Əmlak Hərrac Mərkəzi”ndə ləğv prosesində olan “Günaybank” ASC-nin, oktyabrın 12-də isə "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Dəmirbank” və “Texnikabank” ASC-lərin daşınar və daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.
Söhbət “Atabank”a məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Şah İsmayıl Xətai prospekti, ev 57/107 ünvanında yerləşən 42,4 kv.metrlik mənzildən, “Günaybank”a məxsus 22 daşınar əmlakdan, “Dəmirbank”a məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev prospekti, 59 ünvanında yerləşən 1 183,6 kv.metrlik əmlak kompleksindən və “Texnikabank”a məxsus Quba rayonu, İqriq kəndində yerləşən 0,9 ha torpaq sahəsindən gedir.
Bankların daşınmaz əmlaklarına müvafiq olaraq 35 min manat, 25,075 min manat, 475 min manat və 10 min manat qiymət qoyulub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:45 / 27.09.2023
Ləğv prosesində olan 4 bankın əmlakı hərraca çıxarıldı
Hazırda oxunan: Ləğv prosesində olan 4 bankın əmlakı hərraca çıxarıldı
Hazırda oxunan: Ləğv prosesində olan 4 bankın əmlakı hərraca çıxarıldı
157194
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.