Baş nazir: “Strateji valyuta rezervləri 67 milyard ABŞ dollarına çatıb”

Baş nazir: “Strateji valyuta rezervləri 67 milyard ABŞ dollarına çatıb”

Hazırda oxunan: Baş nazir: “Strateji valyuta rezervləri 67 milyard ABŞ dollarına çatıb”

156642

“Hazırda ölkənin maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb, strateji valyuta rezervləri 67 milyard ABŞ dollarına çatıb və ilin əvvəlindən 14.5% artıb”. 

Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında deyib. 

Baş nazir cari ilin 8 ayında qeyri-neft sektorunda 2,6%, qeyri-neft sənayesində isə 6% artım qeydə alınıb: 

“2023-cü ilin ötən dövründə xarici ticarət balansının əhəmiyyətli həcmdə müsbət saldosunun yaranması, xarici borcun azalması və büdcə gəlirlərinin yüksək icrası əldə olunmuş çox müsbət nəticələr kimi dəyərləndirilib”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO