Azərbaycanın xarici ticarət dövriyyəsi 26 milyard dolları ÖTDÜ  

Azərbaycanın xarici ticarət dövriyyəsi 26 milyard dolları ÖTDÜ  

Hazırda oxunan: Azərbaycanın xarici ticarət dövriyyəsi 26 milyard dolları ÖTDÜ  

156567

Cari ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 111 ölkəyə məhsul ixrac olunub, 181 ölkədən idxal edilib. 

Bizim.Media Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, 2023-cü ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 26 milyard 333,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 16 milyard 776,7 milyon dollar, idxalın dəyəri 9 milyard 556,5 milyon dollar təşkil edib.  

Nəticədə 7 milyard 220,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 
Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 14,2 faiz azalıb, real ifadədə isə 1,4 faiz artıb. İdxal real ifadədə 8,0 faiz artıb, ixrac isə 0,7 faiz azalıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO