“2023-cü ili Azərbaycan iqtisadiyyatı durğunluq keçirir. Son açıqlanan statistik rəqəmlər də bunu göstərir”.
Bu fikirləri Bizim.Media açıqlayan iqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, Azərbaycanın ümumdaxili məhsul (ÜDM) artımı 0,8 faiz təşkil edir:
“Qonşu ölkələrə baxsaq, ciddi iqtisadi sanksiyalara məruz qalan Rusiyada, eləcə də Türkiyədə və Gürcüstanda ÜDM artımı 8-12 faiz həcmindədir”.
İş yerlərinin azalmasını və işçilərin ixtisarlarının olmasını yuxarıdakı amillərlə bağlayan müsahibimiz, ölkədəki mövcud inflyasiyanın öz ciddiliyini hələ də qoruduğunu qeyd edib:
“Bu da ərzaq, eləcə də qeyri-ərzaq məhsullarında baş verir, həm sadə vətəndaşların, eləcə də bütün şirkətlərin xərclərini artırır. Şirkətlər isə istehsal etdikləri məhsullarının qiymətlərini nə çox qaldıra, nə də aşağı sala bilirlər. Üstəlik işçilərin xərcləri də artırdığı üçün əmək haqlarının da artırılmasına ehtiyac yaranır. Şirkətlər isə bunu edə bilmirlər və sonda işçilərini ixtisar etməyə məcbur olurlar”.
Müsahibimizin sözlərinə görə, şirkətlərin bu addımı normal sayılmalıdır:
“Şirkət rəhbərlərinin müəyyən vaxtlarda öz fəaliyyətlərinə nəzər yetirmələri lazım gəlir. Çünki, xərclərinin azaldılması və səmərəliliyin artırılması baxımından bir o qədər də pis deyil. Əgər söhbət işsizliyin artmasından gedirsə, dövlətin bunları kompensasiya üçün müvafiq mexanizmi olmalıdır”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsi bir neçə gün əvvəl ölkədə işsizlik səviyyəsinin artması ilə bağlı yeni hesabatını açıqladı. Belə ki, 2023-cü il avqustun 1-nə olan vəziyyətə görə iqtisadiyyatda muzdla çalışan işçilərin sayı 13 min nəfər azalaraq 1 milyon 706 min nəfər olub.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:40 / 22.09.2023
Muzdla çalışan işçilərin sayı NİYƏ AZALIR? – AÇIQLAMA
Hazırda oxunan: Muzdla çalışan işçilərin sayı NİYƏ AZALIR? – AÇIQLAMA
Hazırda oxunan: Muzdla çalışan işçilərin sayı NİYƏ AZALIR? – AÇIQLAMA
156466
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.