Qlobal neft emalı sənayesi dizel yanacağı istehsalında artan çətinliklərlə üzləşir. Dünyada bu yanacaq növünün ehtiyatları artan tələb və təklif çatışmazlığı fonunda son dərəcə aşağı səviyyədədir.
ABŞ-da dizel yanacağı fyuçersləri 140 dollara çatıb ki, bu da ilin bu vaxtı üçün rekorddur. Eyni müddət ərzində Avropa İttifaqında da dizelin qiyməti 60% artıb.
Maraqlıdır, qiymət artımın Azərbaycana hər hansı təsiri varmı?
Yəni ölkədə dizelin qiyməti bahalaşa bilərmi? Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Akif Nəsirli Azərbaycanda bütün yanacaq növlərinin qiymətinin Tarif Şurası tərəfindən tənzimləndiyini bildirib.
O, nə daxili, nə də xarici bazarın qiymətlərə ciddi təsiri olduğunu qeyd edib:
“Azərbaycanda qiymətlər rəsmi qərarlarla idarə edilir. İkinci bir tərəfdən Azərbaycan nə dizel yanacağının xammalını xaricdən alır, nə də bu yanacaq növünü xaricdə istehsal edir. Dizel ölkə daxilində dövlət şirkəti olan Bakı Neftayırma zavodunda istehsal və emal olunur.
Ona görə də dünyada dizel yanacağının bahalaşmasının Azərbaycanın daxili bazarına elə də təsiri yoxdur. Həmçinin dünyada gedən hazırki dalğalanmanın iqtisadi baxımdan Azərbaycanın daxili bazarına da təsiri yoxdur.
Sadəcə olaraq dövlət əgər qərar versə, dizel yanacağının qiyməti qalxacaq. Tarif Şurası qiymətlərin artmasına qərar verməsə, buna heç bir iqtisadi zəmin yoxdur”.
Ekspert əlavə edib ki, dünyada dizel yanacağının qıtlığı digər yanacaq növlərinin tələbatını artırır. Yəni dizel yanacağı qıtlaşdığı üçün bahalaşır və bu bahalaşma aradakı fərqi götürür.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:30 / 22.09.2023
Azərbaycanda dizel yanacağı BAHALAŞIR? – AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanda dizel yanacağı BAHALAŞIR? – AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanda dizel yanacağı BAHALAŞIR? – AÇIQLAMA
156333
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.