Gələn il inflyasiyaya dair gözləntilər AÇIQLANDI

Gələn il inflyasiyaya dair gözləntilər AÇIQLANDI

Hazırda oxunan: Gələn il inflyasiyaya dair gözləntilər AÇIQLANDI

156323

Yüksək inflyasiya şəraitində büdcə xərclərinin irihəcmli artımları inflyasiya təzyiqlərini daha da artıra bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.

Sənəddə qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına və qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq əhalinin sosial rifahının, real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması üçün təkcə son iki ildə minimum əməkhaqqı, minimum pensiya, 16 sosial müavinətlər və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqları artırılıb.

Vətəndaşların rifahının təmin olunması, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə minimum əməkhaqqı və sosial ödənişlərin artımına görə dövlət büdcəsindən 2022-ci ildə 1528,0 milyon manat, 2023-cü ildə isə 836,3 milyon manat məbləğində əlavə vəsait ayrılıb.
Mərkəzi Bankın inflyasiyanın azaldılması istiqamətində öz səlahiyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər və hökumətin antiinflyasiya tədbirləri, eləcə də dünya üzrə əmtəə, xüsusilə də ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi, başlıca ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın azalması və digər qlobal trendlər nəticəsində Azərbaycanda cari ilin yanvar-iyul ayları ərzində inflyasiya səviyyəsində səngimə müşahidə edilmiş və ilin əvvəlinə nəzərən 1,7 faiz-bənd, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 0,8 faiz-bənd aşağı olub.

Ölkədə inflyasiyanın azalmasına baxmayaraq, xarici mühitin yüksək volatilliyi (dünyada geosiyasi və geoiqtisadi vəziyyətin daha da gərginləşməsi, beynəlxalq logistika zəncirlərinin pozulması, bir çox ölkələrdə inflyasiyanın hədəf səviyyələrindən yuxarıda qalması gözləntiləri, iqlim dəyişmələri səbəbindən temperaturun artması və digər mənfi xarici şoklar) qiymətlərin əlavə artımına səbəb ola bilər.

Digər tərəfdən də nəzərə almaq lazımdır ki, yüksək inflyasiya şəraitində büdcə xərclərinin irihəcmli artımları inflyasiya təzyiqlərini daha da artıra və növbəti illərdə inflyasiya spiralının yaranmasına səbəb ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO