ABŞ-ın dövlət borcu ilk dəfə 33 trilyon dolları ötdü

ABŞ-ın dövlət borcu ilk dəfə 33 trilyon dolları ötdü

Hazırda oxunan: ABŞ-ın dövlət borcu ilk dəfə 33 trilyon dolları ötdü

155868

ABŞ-ın dövlət borcu ilk dəfə 33 trilyon dolları keçib.

Bizim.Media TASS agentliyinə istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Maliyyə Nazirliyinin internet saytındakı məlumat bazasında “ümumi dövlət borcu” qrafasında sentyabrın 18-nə bu məbləğ 33,04 trilyon ABŞ dolları kimi göstərilib. Bu, Amerikanın dövlət borcunun rekord səviyyəsidir.
Qeyd edək ki, yanvarda ABŞ hökumətinin borcun 31,4 trilyon dollar səviyyəsində müəyyən edilmiş yuxarı həddi aşılıb. Bundan sonra ölkənin Maliyyə Nazirliyi maliyyə əməliyyatlarını davam etdirmək üçün fövqəladə tədbirlər görməyə məcbur olub. ABŞ administrasiyası son aylarda Konqresi borc limitini artırmağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO