Çinin tanınmış "Alibaba Group" şirkətinin sədri Maykl Evans ötən həftə İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb və ona Türkiyədə planlaşdırılan investisiyalar, o cümlədən yeni layihələrin təfərrüatları barədə məlumat verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı səhmləri Alibaba-ya məxsus olan Türkiyənin Trendyol şirkəti yayıb.
Prezidentlə görüşdə Alibaba-nın rəsmisi yeni layihələr, o cümlədən Ankarada və İstanbul Hava Limanında inşa ediləcək yeni mərkəzlər haqda informasiya verib.
Evans qeyd edib ki, Trendyol vasitəsilə Türkiyəyə artıq 1,4 milyard dollar sərmayə qoyublar. O, həmçinin bildirib ki, yaxın gələcəkdə ölkəyə 2 milyard dollar sərmayə qoymaq planları var.
Xatırladaq ki, "Alibaba Group" Çinin dünyaca məşhur e-ticarət şirkətidir. Yaradıcısı Cek Madır. Mərkəzi ofisi Çin Xalq Respublikasının Xançjou şəhərində yerləşir.
Cek Ma layihəsinə ərəb nağılının qəhrəmanının adını verməyi San-Fransiskoda bir kafedə tapıb. Ətrafdakılara "Alibaba kimdir?" deyə soruşub. Hər kəsdən "Alibaba və Qırx quldur" cavabını aldıqdan sonra bu adın dünyaca məşhur olduğunu anlayıb və öz internet saytına "Alibaba" adını verməyi qətiləşdirib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:10 / 18.09.2023
Çinin tanınmış şirkəti Türkiyəyə 2 milyard dollar sərmayə qoyacaq
Hazırda oxunan: Çinin tanınmış şirkəti Türkiyəyə 2 milyard dollar sərmayə qoyacaq
Hazırda oxunan: Çinin tanınmış şirkəti Türkiyəyə 2 milyard dollar sərmayə qoyacaq
155779
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.