Cari ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 18 milyard 766,6 milyon manat, xərcləri isə 17 milyard 620,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, büdcənin icrasında yaranmış 1 milyard 146,1 milyon manatlıq profisit ümumi daxili məhsulun 1,6 faizinə bərabər olub.
Daxilolmaların 34,7 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 25,3 faizi əlavə dəyər vergisi, 5,2 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 5,2 faizi fiziki şəxslərin gəlir vergisi, 4,4 faizi aksizlər, 1,2 faizi sadələşdirilmiş vergi, 1,9 faizi vergilərin digər növləri, 22,1 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
02:37 / 17.09.2023
Büdcə gəlirlərinin 34,7 faizi hüquqi şəxslərin mənfəət vergisi hesabına təmin edilib
Hazırda oxunan: Büdcə gəlirlərinin 34,7 faizi hüquqi şəxslərin mənfəət vergisi hesabına təmin edilib
Hazırda oxunan: Büdcə gəlirlərinin 34,7 faizi hüquqi şəxslərin mənfəət vergisi hesabına təmin edilib
155536
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.