Qaz idxalımız artıb, gəlirlər isə iki dəfə AZALIB – SƏBƏB NƏDİR?

Qaz idxalımız artıb, gəlirlər isə iki dəfə AZALIB – SƏBƏB NƏDİR?

Hazırda oxunan: Qaz idxalımız artıb, gəlirlər isə iki dəfə AZALIB – SƏBƏB NƏDİR?

155324

Dövlət Statistika Komitəsinin verdiyi son məlumata görə, bu ilin yanvar-iyul aylarında Azərbaycan 9 945,5 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 2,7% çoxdur.

Həcmlərin artımına baxmayaraq, hesabat dövründə ixrac edilən maye qazın dəyəri 477,6 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 87,9% azdır.

Bununla bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban, maye qaz ixracının artmasını, gəlirlərin azalmasını normal bir proses olduğunu diqqətə çatdırdı.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan maye qaz ixracını ARTIRIB 


Ekspert, ötən il dünya bazarında enerji ilə bağlı anormal hadisələrin baş verdiyini  və qiymətlərin kəskin bahalaşdığını xatırladıb:

“Bu da Rusiya-Ukrayna müharibəsi ilə bağlı idi. Avropa Statistika Təşkilatı (EuroStat) cari ilin I yarısında Azərbaycandan alınan karbomitin (azot gübrəsi) həcmini və qiymətini açıqlayıb. Aydın olur ki, qiymət ötən illə müqayisədə iki dəfə azalıb. Maye qazın həcmində və qiymətində də eyni proses baş verir. Ancaq təbii qazda bu prosesi görmürük. Ona görə ki, Dövlət Statistika Komitəsi ötən il 3 milyard kub-metr qazı bəyan etməmişdi”. 

2022-ci ildə təbii qazın orta ixrac qiymətinin Avropa bazarlarında 1400 dollardan da baha satıldığını xatırladan ekspert qeyd edib ki, ancaq cari ilin I yarısında qiymətlər 450 dollara qədər ucuzlaşdı:

“Arada çox ciddi fərq yaranıb. Azərbaycan DSK isə göstərir ki, ötən illə müqayisədə gəlirlər artıb. Əgər satdığımız qazın qiyməti 3 dəfə azalıbsa, necə gəlir əldə etmək olar? Əgər satdıqları məhsulun qaimələri vaxtında qeydiyyata alınırsa, burada heç bir problem yoxdur və dünya bazarında baş verən tendensiyalara müvafiq sənədlərdə öz əksini tapır. Yaxud ötən ildən qalan milyarlarda kub-metr qaz bu ilkinin də üstünə gəlirsə, deməli hər şey dəyişir və reallığı əks etdirmir”.

Onun sözlərinə görə, maye qazın ixrac həcmi və dəyəri ilə bağlı indidən nə isə demək çətindir:

“Azərbaycanda neftin emalında artım baş vermədiyi üçün maye qazın da həcmi olduğu kimi qalacaq. Bununla da qiymət qalxmayacaq və gəlirlərə mənfi təsir edəcək”.

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO