İnflyasiyada KƏSKİN ENİŞ – Ərzaq qiymətləri UCUZLAŞACAQ?

İnflyasiyada KƏSKİN ENİŞ – Ərzaq qiymətləri UCUZLAŞACAQ?

Hazırda oxunan: İnflyasiyada KƏSKİN ENİŞ – Ərzaq qiymətləri UCUZLAŞACAQ?

154839

Cari ilin avqust ayında istehlak inflyasiyası 12 faiz aşağı düşüb. Belə ki, Dövlət Statistika Komitəsinin yaydığı son məlumatda, avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, ötən ilin avqust ayına nisbətən isə 108 faiz təşkil etdiyi göstərilib.

Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi iyul ayına nisbətən 99,1 faiz, 2022-ci ilin avqust ayına nisbətən 107,4 faiz, qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 100 %, əvvəlki ilin avqust ayına nisbətən 108,3% təşkil edib. 

Avqustda əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, unun, çörəyin, təzə balığın, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, üzümün, yemişin, qarpızın, gavalının, almanın, armudun, bananın, pomidorun, xiyarın, soğanın, kartofun, bibərin, badımсanın, yerkökünün, bahalaşma isə əsasən düyünün, mal və qoyun ətinin, yoqurtun, xamanın, zeytun yağının, kələmin, sarımsağın, şəkərin, çayın, meyvə şirəsinin, arağın, tütün məmulatlarının qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

Bu statistika əsasında yeni suallar ortaya çıxır:

Qiymət artımlarının tempi aşağı düşməkdə davam edəcəkmi? Qonşu dövlətlərlə müqayisədə, Azərbaycanda inflyasiya hansı həddədir və bu, necə tənzimlənir?

“Bu enmə müvəqqəti xarakter daşıyır. Ola bilsin ki, mövsümi xarakter daşıyan məhsullara tələb azaldığı üçün qiymətlər ucuzlaşa bilər. Əvvəlcə qiymətlər 25-30 faiz bahalaşır, sonra bunun nisbətində 12 faiz ucuzlaşırsa, bu o demək deyil, enmələr bundan sonra da davam edəcək. Bir sözlə, qiymət artımları bizdən asılı deyil”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Hüseyn səsləndiirb. 
 

MÖVZU İLƏ BAĞLI:

Əhali 8 ayda ərzağa 20 milyard xərcləyib


Onun sözlərinə görə, ətrafımızda baş verən proseslər inflyasiyanı şiddətləndirən hallardır:

“Əsasən də Azərbaycanla böyük ticarət əlaqələrinə malik Rusiyada və Türkiyədə valyutaların dəyərdən düşməsi və Rusiya-Ukrayna müharibəsi səbəbindən qiymət artımları zaman keçdikcə daha kəskin xarakter alacaq və uzun müddət davam edəcək, ölkəmizdə baş verən artımlar növbəti illərdə də qaçılmaz olacaq. Qarşısını almaq isə mümkün deyil. Bunların qarşısını almaq ölkəmizə təsirlərini minimuma endirmək üçün daxili istehsal gücümüzü artrımalıyıq”.

Azərbaycandakı inflyasiyanı Türkiyədə və Rusiyada baş verən proseslərlə əlaqələndirən ekspert bildirdi ki, hazırda qardaş ölkənin milli valyutasında bir neçə həftə əvvəl nisbi sabitlik oldu:

“Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 30 faizə qədər qaldırdıqdan sonra lirə bir qədər sabitləşdi. Ümumiyyətlə, bu ölkədə qiymətlər sabit deyil və səhər tezdən bir qiymət, axşam isə başqa bir qiymət müəyyən edilir. Rusiyada isə sanksiyalar səbəbindən rublun vəziyyəti elə də ürəkaçan deyil və tez-tez qiymət dəyişikliyi baş verir. Azərbaycanda isə belə deyil və qiymətlər baha olsa da, sabit qalır. Bu ölkələrlə müqayisədə 12 faizlik inflyasiya normaldır". 

Azərbaycan Mərkəzi Bankının son uçot dərəcəsini 11 faizdən bir qədər aşağı səviyyədə saxlandığını deyən ekspert, bunun istehsalda müəyyən nəticələrinin olduğunu bildirib:

"Əsasən də kənd təsərrüfatı məhsullarının istehsalında müəyyən artımlar nəzərə çarpmaqdadır. Ölkəmizin tələbatın müəyyən hissəsini daxili istehsal hesabına ödədiyimizə görə, inflyasiya elə də çox təsir etmir. Bu gün neftin qiymətində də sabitlik, həm də neft sektoru ilə yanaşı, qeyri-neft sektorunda ölkəyə daxil olan gəlirlər səbəbindən manat dəyərini sabit saxlayır və mövqeyini daha da gücləndirir".

Rövşən Ziya. Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO