Faizlərin aşağı salınması kreditlərə əlçatanlığı təmin edəcək - Ekspert

Faizlərin aşağı salınması kreditlərə əlçatanlığı təmin edəcək - Ekspert

Hazırda oxunan: Faizlərin aşağı salınması kreditlərə əlçatanlığı təmin edəcək - Ekspert

154087

"Banklar tərəfindən verilmiş ipoteka kreditlərinin aylıq həcmlərində azalma davam edir. Belə ki, banklar bu ilin mart ayında 68,6 milyon manat ipoteka krediti yerləşdirmişdilərsə, bu göstərici aprel ayında 53,9 milyon, may ayında 40,9 milyon, iyun ayında 37,8 milyon və iyul ayında 35,9 milyon manat olub. Göründüyü kimi, sözügedən dövrdə mart ayından başlayaraq ipoteka kreditlərinin həcmi hər ay əvvəlki aya nisbətən azalıb. İyul ayında mart ayına nisbətən bankların ipoteka kreditlərinin həcmində 2 dəfəyə yaxın azalma qeydə alınıb".

Bizim.Media xəbər verir ki, bu fikirləri  iqtisadçı-ekspert Vüqar Bayramov Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, əksər banklarda daxili ipoteka kreditləri üzrə faiz dərəcələri yüksək olaraq qalmaqdadır:

"Sistem əhəmiyyətli ilk 3 bank istisna olmaqla, digər əksər banklarda illik faiz dərəcəsi 12 faizdən başlayır və bu da mənzil alışı üçün kifayət qədər yüksək faiz hesab olunmalıdır".

Ekspert qeyd edib ki, bütün inkişaf etmiş ölkələrdə əmlak bazarı iqtisadi aktivlik baxımından vacib sektorlardandır:

"Bu, bir tərəfdən vətəndaşların mənzil təminatının yaxşılaşdırılmasına xidmət edir, digər tərəfdən real sektoru canlandırır. Bu baxımdan, Azərbaycanda da bankların verdiyi ipoteka kreditlərinin həcmində artım tempinin bərpa edilməsi və faizlərin aşağı salınması vacibdir. Bu, vətəndaşların kreditlərə əlçatanlığın təmin edilməsi, mənzil probleminin həllinə dəstək olunması və bütövlükdə, həmin sektorda aktivliyin qorunub saxlanması baxımdan əhəmiyyətlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO