Azərbaycanda hələ də polietilen torbalardan istifadə edilir – Qadağaya niyə əməl OLUNMUR? 

Azərbaycanda hələ də polietilen torbalardan istifadə edilir – Qadağaya niyə əməl OLUNMUR? 

Hazırda oxunan: Azərbaycanda hələ də polietilen torbalardan istifadə edilir – Qadağaya niyə əməl OLUNMUR? 

153931

Bu il yanvar ayının 1-dən etibarən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların sahibkarlar tərəfindən idxalı, istehsalı, eləcə də ticarət və xidmət obyektlərində istehlakçıya satılması qadağandır.

Qadağanın qəbul olunmasına baxmayaraq, dükan və marketlərin çoxunda buna əməl edilmir. Əksinə polietilen və sellofan torbalardan istifadə əvvəlki səviyyədədir, hətta genişlənib desək, yanılmarıq.

Məsələ burasındadır ki, qadağanın tətbiqinə nəzarət də yox səviyyəsindədir. Polietilen torbaların yerinə istifadə ediləcək digər qablaşdırıcı və ya kağız torbalardan istifadəyə isə başlanılmır. Daha doğrusu bu forma qablaşdırıcılar ölkədə istehsal olunmur. Halbuki dünyada polietilen torbaları qadağan edən 69 ölkənin çoxundan kağız və ya parça torbalardan istifadə olunur.

Azərbaycanda da məqsəd insanların sağlamlığı baxımdan belə bir addımın atılması idisə, reallıq niyə əksini deyir? Polietilen torba qadağasına niyə əməl olunmur?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Akif Nəsirlinin sözlərinə görə sellofan torbaların pullu edilməsi nəinki qarşıya qoyulan problemi aradan qaldırdı, bundan istifadəni belə azaltmadı:
 

MÖVZU İLƏ BAĞLI:

Mağazalarda sellofan paket QALMAQALI: Satıcı və alıcılar nədən narazıdır?


“Polietilen torbaların ödənişliyə keçməsi prosesinə başlananda onun guya az istifadə edilməsinə və ətrafa yayılmasının azaldılmasına xidmət ediləcəyi barədə danışırdılar. Hələ o vaxt bildirmişdim ki, bu, mümkün deyil.

Polietilen torbalar 3-5 qəpiyə satılsa belə, yəni ortalıqda varsa, ondan istifadə ediləcək. Bu mexanizm keçid rolunu oynaya bilərdi. Əksinə polietilen torba istehsalçıları bununla gəlirlərini artırırlar.

Azərbaycanda polietilen torbaların ətraf mühitə, ekologiyaya, insan sağamlığına zərərindən danışırıqsa və bu problemi aradan qaldırmaq istəyiriksə, ticarət obyektlərində həmin tip torbaların satışına ümumiyyətlə qadağa qoyulmalıdır.
Qablaşdırma mədəniyyəti deyilən bir şey var. Hansı ki, Sovet hökuməti polietilen torbalar yox idi deyə bizə bunu öyrətmişdi. Hamı bazara gedəndə parça zənbil götürərdi. Ticarət obyektlərində və satış mərkəzlərində kağız torbalar olardı. İndiki proses də hesab edirəm ki, hökumətin qərarına bağlı olan bir məsələdir”.

Ekspert qeyd edib ki, hökumət bu məsələyə nəzarəti gücləndirməli və ticarət mərkəzlərində polietilen torbalardan qablaşdırma kimi istifadədəyə qadağanı reallaşdırmalıdır:

“Biz istəsək-istəməsək də qablaşdıma materiallarına ehtiyac yaranacaq. Bu zaman onun üçün xüsusi müəssisə də yaratmağa ehtiyac yoxdur. Bunu sahibkar və ya özəl sektor özü yaradacaq.

Dərhal kağız torba və parça zənbillərin istehsalçılarını müşahidə edəcəyik. Bu məsələ hökumətin qərarına bağlı olan məsələdir. İstənilən halda Azərbaycan vətəndaşının sağlamlığı baxımından qərar verilməlidir.

Qarşıya qoyduğumuz məqsədə çatmaq üçün polietilen torbaların satışına ölkədə konkret qadağa qoyulmalıdır”.

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO