Azərbaycanda dövriyyədə neçə ödəniş kartı var?

Azərbaycanda dövriyyədə neçə ödəniş kartı var?

Hazırda oxunan: Azərbaycanda dövriyyədə neçə ödəniş kartı var?

153880

Bu il avqustun 1-nə ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin analoji dövrü ilə müqayisədə 20 faiz artaraq 15 milyonu ötüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova sentyabrın 6-da Bakıda keçirilən Azərbaycan-Türkiyə fintex forumunda deyib.

O bildirib ki, hesabat dövründə ölkə daxilində bu kartlarla aparılan nağdsız ödənişlərin həcmi 2 dəfə artaraq 24 milyard manata çatıb:

"Ölkə daxilində kart ödənişlərində nağdsız dövriyyənin xüsusi çəkisi ötən ilin eyni dövrünə nisbətən 12,3 faiz bəndi artaraq 53 faizə bərabər olub.

Daha bir maraqlı göstərici isə bu gün post-terminallarda aparılan hər 4 əməliyyatdan birinin token əməliyyatı, yəni mobil telefonlar və ya digər ağıllı cihazlar vasitəsilə olmasıdır.

Bu isəAzərbaycan əhalisinin innovasiyalara açıq olduğunu göstərir".

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO