“Bitcoin” ucuzlaşmağa doğru gedir – Bu ilin sonunda kəskin bahalaşma olacaq?

“Bitcoin” ucuzlaşmağa doğru gedir – Bu ilin sonunda kəskin bahalaşma olacaq?

Hazırda oxunan: “Bitcoin” ucuzlaşmağa doğru gedir – Bu ilin sonunda kəskin bahalaşma olacaq?

153611

“Kriptovalyuta birjaları üzrə analizlər 8 il əvvəlki nəticələrini son günlər yenidən təkrar etməyə başlayıb. Hər il sentyabr ayın 4-dən növbəti ayın 14-nə qədər kriptovalyutaların dəyəri kəskin ucuzlaşır”.

Bu sözləri Bizim.Media-ya açıqlayan kriptovalyuta bazarı üzrə mütəxəssi, hüquqşünas Afiq Ağaquliyevin sözlərinə görə, cari ayın əvvəlindən birjalarda başlayan azalmalarla bağlı fikir söyləmək çətindir:
 

MÖVZU İLƏ BAĞLI:

Bitkoin bazarında ÇALXALANMA: İnvestisiya edənləri nə gözləyir? - AÇIQLAMA


“Bununla belə, tam əminliklə deyə bilərəm ki, bu proses dünya bazarında qızılın dövriyyəsinin kəskin azalmasında da böyük rol oynayır. Bu baxımdan da həm qızılın, həm də bəzi kriptoların qiymətində təxminən 15 faizə qədər qiymət enmələr baş verir. Hətta elə kriptolar var ki, 50 faizə qədər ucuzlaşıb. Bu da ondan irəli gəlir ki, Yeni il şənlikləri qabağı bütün alış-verişlər bu valyutalarla həyata keçirilir”. 

Onun sözlərinə görə, gələn ilin aprel ayından sonra birjalarda bütün kriptoların dəyərində kəskin ucuzlaşmanın olacağı proqnozlaşdırılır: 

“Ancaq bu, “Bitcoin” və “Etherium”a çox az təsir edəcək. Bəzi ekspertlərə görə, əksər birjalarda “Bitkoin”in dəyəri 12 000 dollara qədər düşəcək. Ancaq mən bunun əksini proqnozlaşdırıram. Belə ki, cari ilin sonun qədər "1 Bitkoin"in qiyməti 37 min - 42 min dollar arasında olacaq. 2024-cü ilin sonuna qədər 60-70 min dollar, 2025-ci ilin sonun qədər isə 150-250 min dollar arasında dəyişəcək və bu gözlənti özünü doğruldacaq”. 

Son 1 həftə ərzində “Bitkoin”in qiymətinin 25 000 dollardan 28 min dollara qədər qalxdığını xatırladan ekspertin sözlərinə görə, son günlər ucuzlaşma tendensiyası özünü göstərir:

“Hazırda “Bitcoin”in qiyməti 25 200 – 26 000 dollar arasında dəyişir. Bu dəyişikliklərinin əsas səbəbi, birjalara çox sayda yeni kriptoların daxil olması və satışı ilə bağlıdır. Bu gün bəzi Avropa bankları öz “Bitkoin”lərini “soyuq cüzdan”larında saxlayan şəxslərlə alış-veriş etməyə başlayıblar. Bununla da, öz kripto büdcələrini formalaşdırmaq istəyirlər. Bu cür addımlar da ona gətirib çıxarır ki, birjalarda bu valyutaların sayca məhdudiyyəti yaşanacaq və hazırda “soyuq cüzdan”larda saxlanılan bu kriptolar illər sonra yenidən birjaya daxil olacaq”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO