SOCAR-ın 3 zavodunun özəlləşdirilməsi hansı imkanları YARADACAQ?

SOCAR-ın 3 zavodunun özəlləşdirilməsi hansı imkanları YARADACAQ?

Hazırda oxunan: SOCAR-ın 3 zavodunun özəlləşdirilməsi hansı imkanları YARADACAQ?

153216

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin avqustun 31-də imzaladığı “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncama əsasən, SOCAR-ın strukturuna daxil olan 3 zavodun da özəlləşdirilməsi nəzərdə tutulub. Bunlar “Azərkimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu), Karbamid və Metanol zavodlarıdır.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, bu sərəncamın imzalanması vaxtında atılmış qərardır:
 

MÖVZU İLƏ BAĞLI:

SOCAR-ın 3 zavodu ÖZƏLLƏŞDİRİLİR – SİYAHI 


“Ona görə ki, bu müəssisələr qeyri-neft sektoruna aid edilir və açıqlanan hesablamalarda, SOCAR-ın bunların hesabına lider olduğu göstərilir. Dövlət zavodları özəlləşdirməklə, əslində çəkdiyi kapital xərcinə uyğun qiymət qoyacaq. Bundan da Dövlət Neft Şirkəti heç nə itirməyəcək. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, ARDNŞ-nin milyardlarla dollar məbləğində olan borcları nəyə görə yaranıb? Səbəbi də odur ki, hökumətin nə sifariş verirsə, şirkət də onu alır ki, bu da borclanmalara səbəb olur”.

Onun sözlərinə görə, Dövlət Şirkəti bu zavodları satmaqla gəlir əldə edəcək:

“Alan səhmdar şirkət isə xammala çəkdiyi xərcin əvəzində yeni rəqabət şəraitinə daxil olacaq və istehsal etdiyi məhsulun satılıb-satılmadığını görəcək. SOCAR-ın əsas vəzifəsi isə neft-qazı hasil və istehsal etmək, o cümlədən xaricdə satışla bağlı işlər görmək və qazanc əldə etməkdir.Digər sahələrdə isə yeni oyunçular yaranmalı və qeyri-neft sektorunun inkişafına təkan verməlidir.

Onlar bu müəssisələri təyinatı üzrə işlətməli, xammal axtarmalı, almalı, istehsal etməli və onu məhsula çevirərək öz biznesini qurmalıdırlar. Dövlət isə tikib-qurduğu müəssisəni satmaqla həm qazanc əldə edir, həm də özəl sektora dəstək verir”.

Rövşən Ziya, Bizim.Media

 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO