Naxçıvanda un kəskin UCUZLAŞDI 

Naxçıvanda un kəskin UCUZLAŞDI 

Hazırda oxunan: Naxçıvanda un kəskin UCUZLAŞDI 

152789

Naxçıvanda un idxalından asılılıq azaldılıb. 

Bizim.Media “nuhcixan.az”a istinadən xəbər verir ki, buna səbəb artıq yerli buğdadan un istehsalının artırılmasıdır. 

Hazırda anbarlara taxıl tədarükü davam etdirilir. “Gəmiqaya Taxıl Məhsulları” MMC-yə bu günədək 5266 ton buğda qəbul edilib. Yerli buğdadan un istehsalının artması isə daxili bazarda unun qiymətinin növbəti dəfə aşağı düşməsinə səbəb olub. Müəssisədə istehsal olunan unun qiyməti 27%-dən çox enib. 

Belə ki, 50 kiloqramlıq un 37 manatdan 27 manata düşüb. Qiymətlərin aşağı düşməsi yerli unun satışına da müsbət təsir göstərib. Müəssisədən verilən məlumata görə, son 20 gün ərzində 270 tona yaxın un satılıb.  

Qeyd edək ki, bu ilin iyul ayında da unun qiymətində endirim olmuşdu. Daxili bazarda çörək istehsalçılarına 50 kiloqram unun 33-34 manata təklif olunduğu nəzərə alınaraq iyulun 17-dən 300 qramlıq çörəyin topdansatış qiymətinin 36 qəpiyə, pərakəndə satış qiyməti isə 40 qəpiyə endirilmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO