Xəbər verildiyi kimi, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvar ayınn 1-dək dayandırılıb.
Bu barədə Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişikliyi təsdiqləyib.
2015-ci il 1 noyabr tarixindən qüvvədə olan qanunun əsl mahiyyəti qeyri-neft sektorunun inkişafına və investisiya qoyuluşuna dəstək üçün nəzərdə tutulub.
İqtisadçı ekspert Rəşad Həsənov söyləyir ki, iqtisadiyyatın strukturundan asılı olaraq sahibkarları yoxlamaq, nəzarət, xüsusu ilə də məmur müdaxiləsi problemləri iqtisadiyyata investisiya qoyluşlarını və iqtisadi aktivliyi zəiflədir:
MÖVZU İLƏ BAĞLI:
Süni qiymət artıran sahibkarlar cəzalandırılacaq! - RƏSMİ
“Dövlət qurumları öz səlahiyətlərindən istifadə edərək qeyri-rəsmi ödəniş tələb etməsi ciddi problem idi. Belə rüşvətxorluqlar yoxlamaların dayandırılması ilə qarşısı alınmış olur”.
Ekspert xatırladır ki, hökümət 2016-cı ildə qərar verdi ki, 2 il müddətində müvafiq yoxlamaları məhdudlaşdırılsın:
“Daha sonra 4 il artırıldı. İndi daha 2 il uzadıldı. İllərin artırılmasının səbəbi odur ki, gözlənilən nəticələr hələ də özünü doğrultmayıb. Hələ də iqtisadiyyatda şaxələnmə baş verməyib. Qeyri-neft sahəsi inkişaf mərhələsinə daxil olmayıb. İnvestisiya qoyluşlarında nəzərəçarpan aktivlik müşahidə yoxdur”.
Müsahibimiz vurğulayır ki, yeni uzadılma həm də pandemiya ilə bağlıdır:
“Subyektlərin və vergi ödəyicilərinin vəziyyəti kifayət qədər ağırlaşıb. Belə bir şərtlər daxilində uzadılmaya ehtiyac vardı. Hələ heç kim bilmir ki, pandemiya nə zamana kimi davam edəcək”.
Gülşanə Mustafayeva, Bizim.Media