“Ölkənin traktor ehtiyacını özümüz  ödəyirik” – RƏSMİ AÇIQLAMA

“Ölkənin traktor ehtiyacını özümüz  ödəyirik” – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “Ölkənin traktor ehtiyacını özümüz  ödəyirik” – RƏSMİ AÇIQLAMA

15121

Xəbər verildiyi kimi, bu ilin yanvar-fevral aylarında Azərbaycanda 51 traktor istehsal olunub ki, bu da ötən illə müqayisədə 2% çoxdur. Bu xəbərə istinad etməyimiz ona görə diqqət çəkir  ki, işğaldan azad olunmuş ərazilərmizdə bundan sonra kənd təsərrüfatı işlərinin sayı birə-beş artacaq.

Belə olan halda torpağı əkmək, biçmək, şumlamaq üçün  daha çox texnikalar və traktorlar lazım olacaq. Bu səbəbdən kənd təsərrüfatının inkişafı üçün avadanlıq istehsalı artırılacaqmı? 

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan şirkəti Gürcüstanın 50% maya tələbatını ödəyir - FOTOSESSİYA


Gəncə Avtomobil Zavodunun mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov mövzu ilə bağlı Bizim.Media-ya söylədi ki, zavod fəaliyyətini sifarişlər əsasında aparır:

“Biz istehsal etdiyimiz avadanlığı və traktorları müəssisədə saxlamırıq. Ümid edirik ki, sifarişlərimiz bundan sonra da çoxalacaq. Azad olunmuş ərazilərin kənd təsərrüfatına zəruri olan  traktorlar və avadanlıqların sifarişi verilərsə, biz fəxrlə bu işi reallaşdıracağıq.

Hələlik işğaldan azad edilmiş ərazilərdə  araşdırmalar gedir. Hansı ərazilərə necə texnikaların lazım olacağı öyrənilir”.

M. Rəhimov əlavə etdi ki, Gəncə Avtomobil Zavodu təkcə ölkədaxilində traktorlara olan təlabatı ödəmir:

“Eyni zamanda xaricə çıxmaq üçün araşdırmalar aparır. Buna misal olaraq, Türkiyə və Gürcüstanın adını çəkmək istərdim. Bu ölkələrin bazarlarını təhlil edirik ki, onlara traktorlar sataq. Əlavə edim ki, biz  Gürcüstana  358 min manatlıq traktor satmışıq”.

Mətbuat katibi Azərbaycanın bu sahədə Belarusla əməkdaşlığına  da aydınlıq gətirdi.

İzah etdi ki, Azərbaycan Belarusdan yalnız traktorun hissələrini alır və traktorlar sıfırdan Azərbaycanda yığılır:

“Bu əməkdaşlıq prezident İlham Əliyevin 2007-ci il  ildə Azərbaycanla Belarus arasında imzaladığı müqavilə əsasında reallaşır. Tam əminliklə söyləyə bilərik ki, ölkənin traktor ehtiyacını özümüz ödəyirik”. 

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO