Azərbaycan bu il 19 ölkəyə neft ixrac edib

Azərbaycan bu il 19 ölkəyə neft ixrac edib

Hazırda oxunan: Azərbaycan bu il 19 ölkəyə neft ixrac edib

150900

Bu ilin yanvar-iyul aylarında Azərbaycan İtaliyaya 3 774 540 min ABŞ dolları dəyərində 6 045 069,15 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Bizim.Media Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə - red.) ikinci yerdə İsrail qərarlaşıb.

Hesabat dövründə, bu ölkəyə 822 483,44 min dollar dəyərində 1 354 226,01 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Yanvar-iyul aylarında bu ölkəyə 666 499,46 min dollar dəyərində 1 122 457,35 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 19 ölkəyə 9 444 800,48 min dollarlıq 15 540 323,64 ton neft ixrac edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO